Təhsil 365 - Logo Mobile

BMU-da orqan donorluğu mövzusunda maarifləndirici təqdimat edilib

10311.03.2026 - 12:05
BMU-da orqan donorluğu mövzusunda maarifləndirici təqdimat edilib

Bakı Mühəndislik Universitetində (BMU) Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu mövzusuna həsr olunmuş tədbir keçirilib.

Universitetdən “Təhsil365”ə bildirilib ki, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə orqan donorluğu ilə bağlı maarifləndirməni artırmaq, bu sahədə məsuliyyətli və humanist yanaşmanı təşviq etmək olub.

BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə çıxışında orqan donorluğunun dünyada və ölkəmizdə aktuallığını, insan həyatının xilas edilməsində oynadığı mühüm rolu vurğulayıb. Bildirib ki, ölkəmizdə səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi, o cümlədən tibbi xidmətlərin keyfiyyətinin artırılması orqan donorluğu və transplantasiya kimi həyati əhəmiyyətli sahələrin də inkişafına mühüm imkanlar yaradıb. Prorektor bu sahənin daha da inkişafı üçün cəmiyyətin maariflənməsinin vacibliyini, belə görüşlərin sistemli təşkilinin əhəmiyyətini önə çəkib.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Günay Abbasova çıxışında ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar və orqan donorluğu sisteminin inkişafı barədə danışıb. Eyni zamanda, bu sahədə mövcud qanunvericilik bazasını və beynəlxalq təcrübəni diqqətə çatdırıb, cəmiyyətdə sosial məsuliyyətin artırılmasında maarifləndirmə və düzgün yanaşmanın formalaşdırılmasının önəmini qeyd edib. Donor olmaq üçün tələb olunan mərhələlər, eləcə də beyin ölümü anlayışı, onun tibbi-hüquqi meyarları barədə məlumat verən Günay Abbasova deyib ki, orqan bağışlama yalnız tibbi baxımdan deyil, həm də yüksək mənəvi dəyər daşıyan bir addımdır və hər bir donorun qərarı bir neçə insanın həyatını xilas edə bilər.

Sonra qurumun həkim-koordinatoru Mehriban Əliyeva mövzuya dair geniş təqdimat edib. Təqdimatda orqan donorluğunun əhəmiyyəti, mövcud prosedurlar, bu sahədə həyata keçirilən dövlət siyasəti və dünya təcrübəsi barədə geniş məlumat verilib. Bildirilib ki, orqan transplantasiyası sahəsində bir sıra ölkələr uğurlu təcrübə əldə edib və son illərdə Azərbaycan da bu istiqamətdə müsbət göstəricilərə nail olub.

Təqdimat zamanı, həmçinin orqan donorluğu ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə toxunulub, orqan bağışlamanın humanist və mənəvi tərəfləri izah edilib və bu prosesin tam şəffaf, qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb.

İnteraktiv davam edən tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Sonda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən ən yaxşı sual verən tələbələrə hədiyyələr təqdim olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15
İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri – BDU-da açıq dərs11.03.2026 - 17:12
Albert Eynşteynin maraqlı vərdişləri11.03.2026 - 17:10
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar11.03.2026 - 17:08
Hər kəsin sevdiyi həmin meyvə təhlükəli imiş11.03.2026 - 17:05
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 17:04
Azərbaycan kinosunun böyük salnaməsi: 4 cildlik ensiklopediya təqdim olundu11.03.2026 - 17:00
11 martda baş vermiş tarixi hadisələr11.03.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı11.03.2026 - 16:55
140 il yaşamaq üçün süni intellektdən tövsiyələr11.03.2026 - 16:52
Çox üzüm yeyənlərə sağlamlıq problemi xəbərdarlığı11.03.2026 - 16:48
Smartfonun izlənməsinin qarşısını almağa kömək edən “Wi-Fi” ayarı11.03.2026 - 16:43
Ölkəmizdə vərəmlə bağlı statistika açıqlandı11.03.2026 - 16:40
Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib11.03.2026 - 16:38
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 16:31
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 16:30
İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib11.03.2026 - 16:25
Azərbaycan Universitetində elmi konfrans keçirildi11.03.2026 - 16:20
Aqrar sahə süni intellektlə necə idarə olunacaq? - Otuzdan çox modul müəyyənləşib11.03.2026 - 16:18
Məşhur tarixçi İlber Ortaylının səhhətində problemlər yaranıb11.03.2026 - 16:12
Süni intellektin yol açdığı problemlər: Bir çox sayt bağlanmaq üzrədir11.03.2026 - 16:10
Sumqayıt məktəbində şagird yerdəyişməsi dayandırıldı 11.03.2026 - 16:06
Çindən qorxunc xəbərdarlıq: "ABŞ-nin süni intellekt əməliyyatları "Terminator"u gerçəkləşdirə bilər"11.03.2026 - 16:00
Sabah 13 dərəcə isti olacaq - 12.03.202611.03.2026 - 16:00
Azərbaycanda uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri aşağı düşüb11.03.2026 - 15:53
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 15:47
Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib11.03.2026 - 15:41
“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 15:36
Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır11.03.2026 - 15:30
Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub11.03.2026 - 15:24
Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib11.03.2026 - 15:19
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı olublar11.03.2026 - 15:15
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 15:08
Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 15:00
CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi: Azərbaycan teatrlarının afişalarında yeni adlar görünməlidir11.03.2026 - 15:00
328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib11.03.2026 - 14:51
Hacettepe Universiteti professorunun BDU-da elmi seminarı: Qlobal istiləşmə11.03.2026 - 14:41
Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 14:32
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 14:25
Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 14:11
Həsən Həsənov: Gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir11.03.2026 - 13:59
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək11.03.2026 - 13:49
Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib11.03.2026 - 13:39
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 13:31
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 13:22
Gənc tədqiqatçılar Azərbaycan Universitetində elmi nəticələrini təqdim ediblər11.03.2026 - 13:13