Təhsil 365 - Logo Mobile

Hacettepe Universiteti professorunun BDU-da elmi seminarı: Qlobal istiləşmə

10311.03.2026 - 14:41
Hacettepe Universiteti professorunun BDU-da elmi seminarı: Qlobal istiləşmə

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 Mart - Elm Gününə həsr edilmiş tədbirlər çərçivəsində Türkiyənin Hacettepe Universitetinin professoru, zooloq və entomoloq Ali Demirsoyun “Qlobal istiləşmə” mövzusunda onlayn elmi seminarı keçirilib.

Universitetdən “Təhsil365”ə bildirilib ki, məruzədə professor Ali Demirsoy qlobal istiləşmənin ekosistemlərə təsirini elmi-statistik məlumatlar əsasında təhlil edib. O vurğulayıb ki, atmosferdə istixana qazlarının konsentrasiyasının artması biosferdə balansın pozulmasına gətirib çıxarır. Qeyd olunub ki, temperatur artımı nəticəsində bioloji müxtəliflik üçün həyati əhəmiyyət daşıyan təbii arealların dəyişməsi müşahidə olunur, bəzi növlərin yayılma arealı daralır, bəziləri isə yeni ərazilərə miqrasiya edir. Bu proses xüsusilə həşərat faunasına təsir göstərərək kənd təsərrüfatı bitkiləri üçün zərərverici növlərin sayında artım riskini yüksəldir. Bildirilib ki, iqlim dəyişiklikləri ilə əlaqədar ekosistemlərdə baş verən bu cür transformasiyalar uzunmüddətli perspektivdə qida təhlükəsizliyi, su ehtiyatlarının qorunması və biomüxtəlifliyin davamlılığı baxımından ciddi çağırışlar yaradır.

Qlobal iqlim dəyişikliyinin Azərbaycan üçün doğurduğu spesifik risklərdən söz açan professor xüsusilə ölkəmizdə su ehtiyatlarının azalması, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və kənd təsərrüfatındakı quraqlıq problemlərinə diqqət çəkib. Ekoloji böhranın təsirlərini azaltmaq üçün operativ şəkildə “yaşıl enerji” layihələrinə keçidi sürətləndirməyin və su idarəçiliyində müasir texnologiyalarının tətbiqinə yönəlməyin vacibliyini vurğulayıb.

Elmi seminarda iqlim dəyişikliyi ilə mübarizədə Türkiyə təcrübəsinə də toxunulub. Professor Ali Demirsoy bildirib ki, Türkiyədə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məqsədilə son illərdə elmi-tədqiqat mərkəzləri, universitetlər və dövlət qurumları arasında koordinasiyalı fəaliyyət genişləndirilib. Bu istiqamətdə iqlim modelləşdirilməsi, biomüxtəlifliyin monitorinqi və su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir sıra elmi layihələr həyata keçirilir. Xüsusilə quraqlıq riskinin yüksək olduğu regionlarda suyun təkrar istifadəsi, damcı suvarma texnologiyalarının tətbiqi və alternativ enerji mənbələrinin inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu təcrübə regional əməkdaşlıq çərçivəsində Azərbaycan üçün də faydalı model kimi qiymətləndirilə bilər

Zəhra Əliyeva

Xəbər Lenti

Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15
İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri – BDU-da açıq dərs11.03.2026 - 17:12
Albert Eynşteynin maraqlı vərdişləri11.03.2026 - 17:10
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar11.03.2026 - 17:08
Hər kəsin sevdiyi həmin meyvə təhlükəli imiş11.03.2026 - 17:05
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 17:04
Azərbaycan kinosunun böyük salnaməsi: 4 cildlik ensiklopediya təqdim olundu11.03.2026 - 17:00
11 martda baş vermiş tarixi hadisələr11.03.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı11.03.2026 - 16:55
140 il yaşamaq üçün süni intellektdən tövsiyələr11.03.2026 - 16:52
Çox üzüm yeyənlərə sağlamlıq problemi xəbərdarlığı11.03.2026 - 16:48
Smartfonun izlənməsinin qarşısını almağa kömək edən “Wi-Fi” ayarı11.03.2026 - 16:43
Ölkəmizdə vərəmlə bağlı statistika açıqlandı11.03.2026 - 16:40
Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib11.03.2026 - 16:38
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 16:31
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 16:30
İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib11.03.2026 - 16:25
Azərbaycan Universitetində elmi konfrans keçirildi11.03.2026 - 16:20
Aqrar sahə süni intellektlə necə idarə olunacaq? - Otuzdan çox modul müəyyənləşib11.03.2026 - 16:18
Məşhur tarixçi İlber Ortaylının səhhətində problemlər yaranıb11.03.2026 - 16:12
Süni intellektin yol açdığı problemlər: Bir çox sayt bağlanmaq üzrədir11.03.2026 - 16:10
Sumqayıt məktəbində şagird yerdəyişməsi dayandırıldı 11.03.2026 - 16:06
Çindən qorxunc xəbərdarlıq: "ABŞ-nin süni intellekt əməliyyatları "Terminator"u gerçəkləşdirə bilər"11.03.2026 - 16:00
Sabah 13 dərəcə isti olacaq - 12.03.202611.03.2026 - 16:00
Azərbaycanda uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri aşağı düşüb11.03.2026 - 15:53
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 15:47
Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib11.03.2026 - 15:41
“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 15:36
Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır11.03.2026 - 15:30
Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub11.03.2026 - 15:24
Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib11.03.2026 - 15:19
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı olublar11.03.2026 - 15:15
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 15:08
CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi: Azərbaycan teatrlarının afişalarında yeni adlar görünməlidir11.03.2026 - 15:00
Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 15:00
328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib11.03.2026 - 14:51
Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 14:32
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 14:25
Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 14:11
Həsən Həsənov: Gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir11.03.2026 - 13:59
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək11.03.2026 - 13:49
Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib11.03.2026 - 13:39