Təhsil 365 - Logo Mobile

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib

9411.03.2026 - 15:41
Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və İslamofobia ilə mübarizə üzrə xüsusi elçisi Migel Angel Moratinos ilə görüşüb.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib. Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi barədə qarşı tərəfə məlumat verib.

Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.

Tərəflər daha sonra Yaxın Şərqdə artan hərbi eskalasiyadan irəli gələn məsələləri müzakirə edib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.

Mehriban İbadova

Xəbər Lenti

Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15
İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri – BDU-da açıq dərs11.03.2026 - 17:12
Albert Eynşteynin maraqlı vərdişləri11.03.2026 - 17:10
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar11.03.2026 - 17:08
Hər kəsin sevdiyi həmin meyvə təhlükəli imiş11.03.2026 - 17:05
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 17:04
11 martda baş vermiş tarixi hadisələr11.03.2026 - 17:00
Azərbaycan kinosunun böyük salnaməsi: 4 cildlik ensiklopediya təqdim olundu11.03.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı11.03.2026 - 16:55
140 il yaşamaq üçün süni intellektdən tövsiyələr11.03.2026 - 16:52
Çox üzüm yeyənlərə sağlamlıq problemi xəbərdarlığı11.03.2026 - 16:48
Smartfonun izlənməsinin qarşısını almağa kömək edən “Wi-Fi” ayarı11.03.2026 - 16:43
Ölkəmizdə vərəmlə bağlı statistika açıqlandı11.03.2026 - 16:40
Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib11.03.2026 - 16:38
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 16:31
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 16:30
İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib11.03.2026 - 16:25
Azərbaycan Universitetində elmi konfrans keçirildi11.03.2026 - 16:20
Aqrar sahə süni intellektlə necə idarə olunacaq? - Otuzdan çox modul müəyyənləşib11.03.2026 - 16:18
Məşhur tarixçi İlber Ortaylının səhhətində problemlər yaranıb11.03.2026 - 16:12
Süni intellektin yol açdığı problemlər: Bir çox sayt bağlanmaq üzrədir11.03.2026 - 16:10
Sumqayıt məktəbində şagird yerdəyişməsi dayandırıldı 11.03.2026 - 16:06
Çindən qorxunc xəbərdarlıq: "ABŞ-nin süni intellekt əməliyyatları "Terminator"u gerçəkləşdirə bilər"11.03.2026 - 16:00
Sabah 13 dərəcə isti olacaq - 12.03.202611.03.2026 - 16:00
Azərbaycanda uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri aşağı düşüb11.03.2026 - 15:53
Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir11.03.2026 - 15:47
“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 15:36
Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır11.03.2026 - 15:30
Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub11.03.2026 - 15:24
Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib11.03.2026 - 15:19
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı olublar11.03.2026 - 15:15
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 15:08
Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 15:00
CHARACTERS 2026” pyes müsabiqəsinin qalibi: Azərbaycan teatrlarının afişalarında yeni adlar görünməlidir11.03.2026 - 15:00
328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib11.03.2026 - 14:51
Hacettepe Universiteti professorunun BDU-da elmi seminarı: Qlobal istiləşmə11.03.2026 - 14:41
Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” – yeni nəşr11.03.2026 - 14:32
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 14:25
Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 14:11
Həsən Həsənov: Gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir11.03.2026 - 13:59
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək11.03.2026 - 13:49
Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib11.03.2026 - 13:39
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 13:31
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 13:22
Gənc tədqiqatçılar Azərbaycan Universitetində elmi nəticələrini təqdim ediblər11.03.2026 - 13:13