Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Bu barədə “Tehsil365"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Adil Kərimli martın 14-də, saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 40) Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

