Təhsil 365 - Logo Mobile

Bakı məktəbində ictimai müzakirələr

7411.03.2026 - 18:18
Bakı məktəbində ictimai müzakirələr

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

“Tehsil365" xəbər verir ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Parlament Jurnalistlər Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, QHT nümayəndələri, məktəb direktorları, pedaqoji kollektiv, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsində fəaliyyət göstərən inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və “Məktəbli avtoşəhərciyi” layihələri ilə tanış olublar.

Məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayaraq qeyd edib ki, bu cür ictimai müzakirələr məktəb, valideyn və ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Direktor məktəbdə həyata keçirilən yeniliklər, müxtəlif layihələr və şagird nailiyyətləri barədə təqdimatla çıxış edib.

Qeyd olunub ki, məktəbin əsas məqsədi şagirdlərin potensialını üzə çıxarmaq, onların inkişafı üçün əlverişli mühit yaratmaq və cəmiyyət üçün vətənpərvər, məsuliyyətli, özünə güvənən fərdlər yetişdirməkdir.

Vurğulanıb ki, məktəbin əsası 1969-cu ildə qoyulub, 2016-cı ildə isə əsaslı təmir olunub. Təhsil müəssisəsində 1-11-ci siniflər üzrə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük tədris həftəsi ilə iki növbəli rejimdə fəaliyyət göstərir.

Hazırda məktəbdə 69 müəllim fəaliyyət göstərir. Onlardan 36 nəfəri müəllimlərin sertifikasiya prosesində iştirak edərək müsbət nəticə əldə edib, 19 nəfər isə yüksək nəticə göstərərək daha yüksək faizlə əməkhaqqı artımına layiq görülüb.

Parlament Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı çıxışında məktəb, cəmiyyət və media arasında açıq dialoqun qurulmasının vacibliyini vurğulayıb

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, təhsil yalnız məktəblərin deyil, bütün cəmiyyətin məsuliyyət daşıdığı mühüm sahədir. Onun sözlərinə görə, vətənpərvər və məsuliyyətli gənclərin yetişməsində ailə və məktəbin birgə fəaliyyəti xüsusi rol oynayır.

Millət vəkili Mehriban Vəliyeva isə uşaqların söz ehtiyatının inkişafının vacibliyini vurğulayaraq bildirib ki, müxtəlif yaş mərhələləri üzrə söz ehtiyatı göstəricilərinin müəyyənləşdirilməsi və bu istiqamətdə elmi tədqiqatların aparılması zəruridir.

Millət vəkili Hikmət Məmmədov çıxışında şagirdlərin həm fiziki, həm də intellektual inkişafının vacibliyini qeyd edib, ibtidai təhsilin ana dilində aparılmasının əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, məktəblə bağlı məsələlərin ictimai müzakirəsi təhsil sisteminin inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi bu sahədə mühüm rol oynayır.

Digər çıxış edənlər təhsil müəssisəsinin fəaliyyətini və həyata keçirilən layihələri müsbət qiymətləndirərək bu cür müzakirələrin təhsil mühitində mövcud məsələlərin birgə həllinə töhfə verdiyini bildiriblər.

Tədbir çərçivəsində şagirdlərin ifasında bədii kompozisiyalar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın artırılmasıdır.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər

Nərmin Mustafayeva

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15