Təhsil 365 - Logo Mobile

11 martda baş vermiş tarixi hadisələr

8111.03.2026 - 17:00
11 martda baş vermiş tarixi hadisələr

1502-ci il martın 11-də I Şah İsmayıl Təbrizdə şahənşah (imperator) titulunu qəbul edərək Səfəvilər dövlətinin əsasını qoyub. 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

O həm də ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

Bəs, 11 martda daha hansı hadisələr baş verib?

1. 11 mart 1702-ci ildə İngiltərədə gündəlik çıxan ilk milli qəzet “Daily Courant” nəşr olunmağa başlayıb.

2. 1938-ci il martın 11-də Avstriya silah gücünə Hitler Almaniyasının tərkibinə daxil edilib.

3. 1951-ci ildə Hindistanın Yeni Dehli şəhərində ilk dəfə keçirilən Asiya Oyunları 11 mart tarixində sona yetdi. Bu gün də davam edən yarışlar Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Asiya Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.

4. 11 mart 1959-cu ildə Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib.

5. 11 mart 1985-ci ildə Mixail Qorbaçov Sovet İttifaqının lideri olub.

6. 1990-cı ilin 11 martında Litva SSRİ-nin tərkibindən çıxdığını və dövlət müstəqilliyini elan edib.

7. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub.

8. 11 mart 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başladı.

9. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 virusunu pandemiya elan edib.

11 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti Bəşir Səfəroğlu 1925-ci ilin bu günündə anadan olub.

2. Bu gün türkçülük cərəyanının qabaqcıllarından və “Türk Ocaqları”nın qurucularından biri, tarixi və siyasi xadim Yusif Akçuranın xatirə günüdür.

Osmanlı imperiyasının qurtuluşunu türk birliyi siyasətində görən Yusif Akçura 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilib. 1932-ci ildən cəmi 3 il olmaqla ölənədək Türk Tarix Qurumuna rəhbərlik edir. Yusif Akçura 1935-ci ilin 11 mart tarixində İstanbulda ürək xəstəliyindən dünyasını dəyişib.

3. Türkiyəli aktrisa, müğənni, aparıcı və azərbaycanlıların “Təhminə”si Meral Konrat 11 mart 1963-cü ildə dünyaya göz açıb.

4. Azərbaycanlı boyakar Əşrəf Murad 11 mart 1979-cu ildə vəfat edib.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Azərbaycan və Liviya arasında diplomatik münasibətlərin qurulmasından illər ötür15.03.2026 - 20:00
Tədqiqatçılar xəbərdarlıq edir: uşaqlar üçün süni intellekt oyuncaqları emosiyaları səhv anlaya bilər15.03.2026 - 20:00
Meteohəssas insanları nə gözləyir?15.03.2026 - 19:55
Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir15.03.2026 - 19:45
Çin orbitə məsafədən zondlama peyki buraxıb15.03.2026 - 19:37
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 19:28
Bağça seçərkən valideynlər nələrə diqqət etməlidir?15.03.2026 - 19:20
Məktəbdə bullinq uşağın psixologiyasına hansı təsirləri göstərir?15.03.2026 - 19:12
Qaçış həvəskarları üçün vacib xəbərdarlıq15.03.2026 - 19:05
Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd15.03.2026 - 18:58
Martın 16-sı ilə bağlı XƏBƏRDARLIQ15.03.2026 - 18:55
Müdafiə Nazirliyi ötən həftənin icmalını təqdim edib15.03.2026 - 18:54
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə15.03.2026 - 18:48
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib15.03.2026 - 18:45
Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT15.03.2026 - 18:44
Sabah yağış yağacaq15.03.2026 - 18:39
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb15.03.2026 - 18:35
Kəlbəcərdə ilk dəfə buraxılış imtahanı keçirilir15.03.2026 - 18:34
Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda15.03.2026 - 18:28
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 18:25
4 nəfər imtahandan XARİC EDİLİB15.03.2026 - 18:24
İmtahanının cavabları bu tarixdə AÇIQLANACAQ 15.03.2026 - 18:18
Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi15.03.2026 - 18:15
Dövlət qulluğu üzrə test imtahanı keçirilir15.03.2026 - 18:14
Dağlıq Şirvan üzrə “Ən yaxşı təqdimat müsabiqəsi”nin qalibləri15.03.2026 - 18:08
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq15.03.2026 - 18:04
Baş onkoloq həyəcan təbili çaldı15.03.2026 - 18:00
Qarabağ regionu üzrə məntiq olimpiadası və fənn müsabiqəsində 2166 şagird iştirak edib15.03.2026 - 18:00
Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi15.03.2026 - 17:58
ABŞ-ın Vitse-prezidenti Dr. Pərvin Əkbərovu təltif etdi15.03.2026 - 17:55
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib15.03.2026 - 17:52
Süni intellekt Misir piramidalarının necə yarandığını ortaya çıxardı - Onları kim tikib?15.03.2026 - 17:50
Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb15.03.2026 - 17:48
Qəhvə qan təzyiqinə görün necə təsir edir15.03.2026 - 17:45
Şimal-qərb bölgəsinin məktəbliləri məntiq olimpiadası və fənn müsabiqələrində biliklərini sınayıblar15.03.2026 - 17:44
Gənclər danışır, biz dinləyirik: Parçalanma əvəzinə həmrəyliyə, müharibə əvəzinə sülhə nail olmalıyıq15.03.2026 - 17:38
Bakıda ilk dəfə olaraq Türkmənistanın əfsanəvi "Qalkınış" atçılıq şousu keçirilib15.03.2026 - 17:35
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb15.03.2026 - 17:32
Pişiklər bizim görmədiyimiz nəyi görür?15.03.2026 - 17:30
Gözlərdə bulanıqlaşma nədən xəbər verir?15.03.2026 - 17:25
Sözün və sazın izində: Aşıq Şəmşir – 13315.03.2026 - 17:24
11-ci siniflərin buraxılış imtahanı keçirildi15.03.2026 - 17:20
Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub15.03.2026 - 17:18
Yuxu pozuntularının sağlamlığa təsiri15.03.2026 - 17:15
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib15.03.2026 - 17:12
10 min heyvan dondurularaq xüsusi anbarda saxlanılacaq15.03.2026 - 17:10
Faydasızdır, həm də ziyanlı15.03.2026 - 17:05
Koxlear implantlı şəxslərə dövlət dəstəyi: Azərbaycanda ilk milli forum15.03.2026 - 17:04