Təhsil 365 - Logo Mobile

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib

8211.03.2026 - 18:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

"Tehsil365" xəbər verir ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Mehriban Vəliyeva, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, QHT nümayəndələri, məktəb direktorları, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsinin inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və "Məktəbli avtoşəhərciyi" layihələri ilə tanış olub, Azərbaycanın tarixi şəxsiyyətlərinin obrazlarını canlandıran şagirdlərin çıxışlarını izləyiblər.

Məktəbin direktoru Sitarə Abbasova görüş iştirakçılarını salamlayıb, keçirilən ictimai müzakirələrin məktəb, valideyn və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, belə görüşlər mövcud məsələlərin müzakirəsi, fikir mübadiləsinin aparılması və birgə həll yollarının tapılması baxımından faydalıdır. Direktor daha sonra tədris prosesində həyata keçirilən yeniliklər və şagird nailiyyətlərinə həsr olunmuş təqdimatla çıxış edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı cəmiyyət, məktəb və media arasında açıq dialoqun genişləndirilməsi, ictimai fikrin formalaşması baxımından görüşün mühüm məna daşıdığını vurğulayıb. E.Eyvazlı, həmçinin məktəblilərin media savadlılığının artırılmasının, onların düzgün informasiya mühitində yetişməsinin vacibliyini qeyd edərək effektiv maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb.

Millət vəkilləri Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, QHT nümayəndələri, müəllimlər, valideynlər və digər çıxış edənlər təhsil ocağının fəaliyyətini, həyata keçirilən layihələri müsbət qiymətləndirib, belə müzakirələrin təhsil mühitində müvafiq məsələlərin həllinə töhfə verdiyini söyləyiblər. Eyni zamanda maarifləndirici layihələrin genişləndirilməsinin və ictimai institutların bu prosesə daha fəal qoşulmasının əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15