Təhsil 365 - Logo Mobile

Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir

10511.03.2026 - 18:33
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir

Xəstəliklərin erkən mərhələdə aşkarlanması və qarşısının alınması üçün mütəmadi tibbi müayinələr böyük əhəmiyyət daşıyır. İnsanların hansı analiz və yoxlamalardan keçməli olduqları isə çox vaxt onları düşündürən əsas məsələlərdən biridir.

Tehsil365” İnformasiya Agentliyi-yə açıqlama verən ekspert bildirir ki, xəstəliklərin erkən mərhələdə aşkarlanması və qarşısının alınması üçün strukturlaşdırılmış və mütəmadi tibbi nəzarət vacibdir.

Ekspert vurğulayır ki, bir çox ölkədə fəaliyyət göstərən ailə həkimi institutu insanların sağlamlıq göstəricilərini davamlı izləyərək lazımi vaxtda müayinəyə və mütəxəssisə yönləndirilməsini təmin edir. Azərbaycanda isə əsasən sahə həkimi sistemi var və profilaktik yanaşmanın gücləndirilməsi zəruridir.

Onun sözlərinə görə, ailə həkimi müəyyən bir qrup insanın sağlamlıq vəziyyətini davamlı şəkildə izləyir:

“Bütün dünyada ailə həkimi institutu mövcuddur. Bu sistemdə müəyyən əhali qrupu bir ailə həkiminin nəzarətində olur. Həmin həkim insanların sağlamlıq göstəricilərini, həyat tərzini, çəki və digər vacib məlumatları bilir. Hər hansı problem yarandıqda isə xəstəni lazım olan müayinəyə və ya mütəxəssisə yönləndirə bilir. Bu, çox vacib mexanizmdir”.

Adil Qeybulla qeyd edib ki, Azərbaycanda isə əsasən sahə həkimi institutu fəaliyyət göstərir və profilaktik müayinələrə diqqət daha da artırılmalıdır.

Ekspertin fikrincə, insanlar mütəmadi olaraq ümumi analizlərdən və instrumental müayinələrdən keçməlidirlər:

“İnsanlar ən azı ümumi analizlər verməli, instrumental müayinələrdən – məsələn, ultrasəs müayinəsindən keçməlidirlər. Əgər kimdəsə şəkərli diabet kimi xəstəlik varsa, o zaman mütəmadi olaraq üç aylıq orta şəkər göstəricisi – qlikohemoqlobinin səviyyəsi yoxlanmalıdır. Eyni zamanda kreatinin kimi göstəricilər də nəzarətdə saxlanmalıdır”.

O əlavə edib ki, profilaktik skrininq müayinələri xüsusilə onkoloji xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynayır.

“Profilaktik skrininq müayinələri var ki, onlar xüsusilə onkoloji xəstəliklərin erkən aşkarlanmasına kömək edir. Vaxtında aparılan müayinələr bir çox xəstəliklərin qarşısını almağa imkan verir”, – deyə ekspert bildirib.

Adil Qeybulla hesab edir ki, səhiyyə sistemində bu istiqamətdə daha sistemli yanaşma tətbiq olunmalıdır:

“Dünyada bu sistem necə qurulubsa, bizdə də həmin modelə uyğun qurulmalıdır. Bunun üçün səhiyyə sisteminin vahid şəkildə idarə olunması və düzgün strukturun formalaşdırılması vacibdir”.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45
Gəncədə kino günləri başlayıb11.03.2026 - 17:43
Əqli mülkiyyət təlimlərini müvəffəqiyyətlə bitirən BANM əməkdaşlarına sertifikatlar təqdim olunub11.03.2026 - 17:38
“Windows 12”la bağlı bəzi məlumatlar sızdırıldı – Bu tarixdə çıxacaq11.03.2026 - 17:35
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır11.03.2026 - 17:35
Paytaxt məktəbində ictimai dialoq və maarifləndirici təşəbbüslər11.03.2026 - 17:32
Martın 12-i ilə bağlı rəsmi məlumat11.03.2026 - 17:25
2026-cı ildə yeni smartfon almadan əvvəl bu 5 şeyə diqqət edin11.03.2026 - 17:25
BDU tələbələri beynəlxalq məhkəmə müsabiqəsində hüquqi mövqelərini müdafiə ediblər11.03.2026 - 17:24
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür11.03.2026 - 17:20
“Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalına vəsiqə qazanıb11.03.2026 - 17:18
Ödənişli “WhatsApp” paketinin xüsusiyyətləri açıqlandı11.03.2026 - 17:15