Memarlıq və Şəhərsalma İli” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı çərçivəsində “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda elmi konfrans keçirilib.
AzMİU-dan “Təhsil365”ə bildirilib ki, konfransda su təsərrüfatı, içməli su təchizatı, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbirin açılış mərasimində AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı dosent Elgiz Həsənov, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Rəşail İsmayılov çıxış edərək su təhlükəsizliyi məsələlərinin müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar. Çıxışlarda bu sahədə elmi tədqiqatların genişləndirilməsinin, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinin və su ehtiyatlarının səmərəli idarə olunmasının əhəmiyyəti qeyd edilib.
Konfrans çərçivəsində iki panel sessiya təşkil olunub.

