Təhsil 365 - Logo Mobile

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

10412.03.2026 - 13:53
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivləri mart aydan etibarən Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək.

Bu barədə “Təhsil365”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksəksəviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə, həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Zəhra Əliyeva

Xəbər Lenti

Zəkəriyyə Qurbanov: ""Tehsil365" yarandığı gündən "Gözüm ol mənim"lə çiyin-çiyinə çalışıb" 13.03.2026 - 20:15
“Tehsil365” İnformasiya Agentliyinin 3 yaşı tamam olur13.03.2026 - 20:01
Sabahın hava proqnozu açıqlanıb13.03.2026 - 19:57
Ceyhun Bayramov UN-Habitat-ın icraçı direktoru ilə WUF-13-ə hazırlıq işlərini müzakirə edib13.03.2026 - 19:52
NASA Marsa gedən yolun təməlini qoyur13.03.2026 - 19:46
Samuxda şəhid övladlarına bayram sovqatları verilib13.03.2026 - 19:42
Gələcəyin qrosmeysterləri Mingəçevirdə yetişəcək: MDU və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir13.03.2026 - 19:35
Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə13.03.2026 - 19:26
Bakı məktəbində şagird bıçaqlandı13.03.2026 - 19:20
“Məktəbdə rəqabət mühiti uşaqların psixologiyasına necə təsir edir?” – Psixoloqdan açıqlama13.03.2026 - 19:15
“Müəllimin davranışı şagirdin motivasiyasına nə qədər təsir göstərir?” – Psixoloq açıqladı13.03.2026 - 19:11
Dövlət qulluğu ilə bağlı təlim keçirilib13.03.2026 - 19:06
DİM tərəfindən vörkşoplar təşkil ediləcək13.03.2026 - 19:02
Mayda 14 gün iş olmayacaq 13.03.2026 - 19:00
BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya13.03.2026 - 18:57
Yer kürəsində maqnit fırtınası gözlənilir13.03.2026 - 18:52
Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu13.03.2026 - 18:50
Firudin Qurbanov Bərdədə vətəndaşları qəbul edəcək13.03.2026 - 18:46
Son 5 ildə magistraturaya qəbul olanların sayı 37 faiz artıb13.03.2026 - 18:40
Çin İranda həlak olan şagirdlərin ailələrinə 200 min dollar ayırdı13.03.2026 - 18:39
İlber Ortaylı vəfat edib13.03.2026 - 18:34
Azərbaycan alimlərinin beynəlxalq elmi nəşrlərinin sayı artıb13.03.2026 - 18:30
Birinci sinfə qəbul zamanı prioritet məktəblərin SİYAHISI13.03.2026 - 18:28
25 yeni peşə və ixtisas aktual peşə və ixtisas siyahısına əlavə ediləcək13.03.2026 - 18:23
Ali məktəbə qəbul olanların sayında artım - 4 ildə 18 faiz yüksəliş13.03.2026 - 18:20
DƏMX-in əməkdaşları əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlar barədə məlumatlandırılıblar13.03.2026 - 18:18
ƏMAS-da daha bir yenilik: Ştat vahidi yaradılarkən vəzifə maaşının daxil edilməsi tələb olunacaq13.03.2026 - 18:13
Qeydiyyatdan keçən 11 mindən çox namizəd MİQ imtahanında iştirak etməyib13.03.2026 - 18:10
BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub13.03.2026 - 18:07
Səfir Lu Mey: Çin Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə fəal iştirak etməyə hazırdır13.03.2026 - 18:02
24 yeni dərslik hazırlanır13.03.2026 - 18:00
Bakıdakı universitetlər buraya köçürülə bilər13.03.2026 - 17:57
əbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib13.03.2026 - 17:55
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin növbəti təqdimatı13.03.2026 - 17:54
Politoloq Sahil İsgəndərov: Sosial şəbəkələr insanların fikir və mövqelərinə ciddi təsir göstərir13.03.2026 - 17:53
“Apple” Çin tərtibatçıları üçün “App Store”da komissiyanı 30%-dən 25%-ə endirib13.03.2026 - 17:53
Bakıdakı universitetlərin köçürülməsi strategiyaya daxil ediləcək13.03.2026 - 17:50
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma13.03.2026 - 17:49
İlham Əsgərov: Müasir Çin teatr mühiti bizim üçün hələ kəşf olunmayan böyük xəzinədir13.03.2026 - 17:48
Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib13.03.2026 - 17:48
Türkiyənin İğdır vilayətində Novruz bayramı münasibətilə tədbirlər başlayıb13.03.2026 - 17:45
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib13.03.2026 - 17:43
Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Tbilisidə ilk fərdi sərgisi açılacaq13.03.2026 - 17:42
89 məktəbdə inklüziv təhsil tətbiq olunur13.03.2026 - 17:40
Paytaxtda yeni ali məktəblər yaradılacaq?13.03.2026 - 17:40
Aktotı Raimkulova: Fondun fəaliyyəti Türk dünyasının ortaq irsinə xidmət edir13.03.2026 - 17:36
Gənclər əmək bazarındakı mövcud imkanlar və çağırışlar barədə məlumatlandırılıblar13.03.2026 - 17:35
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub13.03.2026 - 17:32