Təhsil 365 - Logo Mobile

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

10312.03.2026 - 14:03
Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

“Təhsil365” xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək baharın müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb və bu tədbiri mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq rəmzi kimi qiymətləndirib. Diqqətə çatdırılıb ki, yeni başlanğıcın, sülh və əmin-amanlığın simvolu olan Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir və xalqımız qədim tarixə malik bu bayramı həmişə böyük sevgi ilə qeyd edir.

Qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Vyanada yerləşən Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.

Tədbirin bədii proqramında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar təqdim olunub. Bir neçə ay öncə Vyanada yeni tərtibatda almanca səhnələşdirilmiş əsərin solistləri ariya və duetlərlə çıxış ediblər. Ceyms Park (Əsgər), Günel Şirinova (Gülçöhrə), Lukas Kartsel (Süleyman və Vəli), Karoline Hat (Asya), Ramin Dustdar (Soltan bəy) “Arşın mal alan” operettasından müxtəlif ariya və duetləri məharətlə səsləndiriblər. Onları fortepianoda tamaşanın bədii rəhbəri və dirijoru Maykl Şnak müşayiət edib.

Konsertdən sonra qonaqlara Azərbaycan şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Zəkəriyyə Qurbanov: ""Tehsil365" yarandığı gündən "Gözüm ol mənim"lə çiyin-çiyinə çalışıb" 13.03.2026 - 20:15
“Tehsil365” İnformasiya Agentliyinin 3 yaşı tamam olur13.03.2026 - 20:01
Sabahın hava proqnozu açıqlanıb13.03.2026 - 19:57
Ceyhun Bayramov UN-Habitat-ın icraçı direktoru ilə WUF-13-ə hazırlıq işlərini müzakirə edib13.03.2026 - 19:52
NASA Marsa gedən yolun təməlini qoyur13.03.2026 - 19:46
Samuxda şəhid övladlarına bayram sovqatları verilib13.03.2026 - 19:42
Gələcəyin qrosmeysterləri Mingəçevirdə yetişəcək: MDU və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir13.03.2026 - 19:35
Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə13.03.2026 - 19:26
Bakı məktəbində şagird bıçaqlandı13.03.2026 - 19:20
“Məktəbdə rəqabət mühiti uşaqların psixologiyasına necə təsir edir?” – Psixoloqdan açıqlama13.03.2026 - 19:15
“Müəllimin davranışı şagirdin motivasiyasına nə qədər təsir göstərir?” – Psixoloq açıqladı13.03.2026 - 19:11
Dövlət qulluğu ilə bağlı təlim keçirilib13.03.2026 - 19:06
DİM tərəfindən vörkşoplar təşkil ediləcək13.03.2026 - 19:02
Mayda 14 gün iş olmayacaq 13.03.2026 - 19:00
BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya13.03.2026 - 18:57
Yer kürəsində maqnit fırtınası gözlənilir13.03.2026 - 18:52
Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu13.03.2026 - 18:50
Firudin Qurbanov Bərdədə vətəndaşları qəbul edəcək13.03.2026 - 18:46
Son 5 ildə magistraturaya qəbul olanların sayı 37 faiz artıb13.03.2026 - 18:40
Çin İranda həlak olan şagirdlərin ailələrinə 200 min dollar ayırdı13.03.2026 - 18:39
İlber Ortaylı vəfat edib13.03.2026 - 18:34
Azərbaycan alimlərinin beynəlxalq elmi nəşrlərinin sayı artıb13.03.2026 - 18:30
Birinci sinfə qəbul zamanı prioritet məktəblərin SİYAHISI13.03.2026 - 18:28
25 yeni peşə və ixtisas aktual peşə və ixtisas siyahısına əlavə ediləcək13.03.2026 - 18:23
Ali məktəbə qəbul olanların sayında artım - 4 ildə 18 faiz yüksəliş13.03.2026 - 18:20
DƏMX-in əməkdaşları əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlar barədə məlumatlandırılıblar13.03.2026 - 18:18
ƏMAS-da daha bir yenilik: Ştat vahidi yaradılarkən vəzifə maaşının daxil edilməsi tələb olunacaq13.03.2026 - 18:13
Qeydiyyatdan keçən 11 mindən çox namizəd MİQ imtahanında iştirak etməyib13.03.2026 - 18:10
BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub13.03.2026 - 18:07
Səfir Lu Mey: Çin Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə fəal iştirak etməyə hazırdır13.03.2026 - 18:02
24 yeni dərslik hazırlanır13.03.2026 - 18:00
Bakıdakı universitetlər buraya köçürülə bilər13.03.2026 - 17:57
əbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib13.03.2026 - 17:55
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin növbəti təqdimatı13.03.2026 - 17:54
“Apple” Çin tərtibatçıları üçün “App Store”da komissiyanı 30%-dən 25%-ə endirib13.03.2026 - 17:53
Politoloq Sahil İsgəndərov: Sosial şəbəkələr insanların fikir və mövqelərinə ciddi təsir göstərir13.03.2026 - 17:53
Bakıdakı universitetlərin köçürülməsi strategiyaya daxil ediləcək13.03.2026 - 17:50
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma13.03.2026 - 17:49
İlham Əsgərov: Müasir Çin teatr mühiti bizim üçün hələ kəşf olunmayan böyük xəzinədir13.03.2026 - 17:48
Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib13.03.2026 - 17:48
Türkiyənin İğdır vilayətində Novruz bayramı münasibətilə tədbirlər başlayıb13.03.2026 - 17:45
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib13.03.2026 - 17:43
Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Tbilisidə ilk fərdi sərgisi açılacaq13.03.2026 - 17:42
Paytaxtda yeni ali məktəblər yaradılacaq?13.03.2026 - 17:40
89 məktəbdə inklüziv təhsil tətbiq olunur13.03.2026 - 17:40
Aktotı Raimkulova: Fondun fəaliyyəti Türk dünyasının ortaq irsinə xidmət edir13.03.2026 - 17:36
Gənclər əmək bazarındakı mövcud imkanlar və çağırışlar barədə məlumatlandırılıblar13.03.2026 - 17:35
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub13.03.2026 - 17:32