Təhsil 365 - Logo Mobile

Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

7112.03.2026 - 17:14
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

16 yanvar 2026-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

“Tehsil365" xəbər verir ki, elan üzrə 139 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 816 vəzifə (A növündə 50 vakant, B növündə 766 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 3321 namizədlə 6729 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən çox namizəd sayı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sənədlərlə və müraciətlərlə iş sektoru, Sənədlərlə və müraciətlərlə iş sektoru, məsləhətçi (1 vakant yer üzrə 214 namizəd), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, Gənclər evləri ilə iş sektoru aparıcı məsləhətçi (1 vakant yer üzrə 203 namizəd) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi, Vətəndaşların müraciətləri ilə iş sektoru, (1 vakant yer üzrə 150 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 1 aprel 2026-ci il - 9 sentyabr 2026-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (12 mart 2026-ci ildən - 14 mart 2026-ci il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir

Nərmin Mustafayeva

Xəbər Lenti

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45