Təhsil 365 - Logo Mobile

BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar

7212.03.2026 - 17:28
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar

Bakı Mühəndislik Universitetində (BMU) “Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzusunda elmi seminar keçirilib.

“Tehsil365" xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə təşkil olunan seminar multikulturalizm anlayışının elmi və sosial aspektlərini müzakirə etmək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği məsələlərinə diqqət çəkmək məqsədi daşıyıb.

Seminarı giriş nitqi ilə Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva açıb. Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışan kafedra müdiri çıxışında multikuralizmin müasir cəmiyyətlər üçün mühüm dəyər olduğunu önə çəkib, müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində bir arada yaşamasının əhəmiyyətini qeyd edib. Həmçinin vurğulayıb ki, texnologiyanın sürətli inkişafı, süni intellekt kimi yeni çağırışların meydana çıxması fonunda milli-mənəvi dəyərlərin qorunması daha da aktuallaşır. O əlavə edib ki, qloballaşma müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini artırsa da, bu proses milli kimliyin və dəyərlərin qorunması ilə paralel aparılmalıdır.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov mövzuya dair geniş məruzə ilə çıxış edib. Çıxışda multikulturalizm anlayışının mahiyyəti, çoxmədəniyyətlilik və müxtəlif mədəniyyətlərin bir arada yaşaması prinsipləri haqqında geniş məlumat verilib. Şöbə müdiri bildirib ki, multikulturalizm yalnız həyat tərzi deyil, eyni zamanda Azərbaycanda və bir sıra ölkələrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Natiq tolerantlıq prinsipinə toxunaraq qeyd edib ki, multikulturalizm müxtəlif xalqların və mədəniyyətlərin öz kimliyini qoruyaraq cəmiyyət daxilində qarşılıqlı hörmət və əməkdaşlıq mühitində yaşamasına imkan yaradır. Çıxışda, habelə dünyada multikulturalizmin mövcud vəziyyəti və bu sahədə müxtəlif ölkələrin təcrübəsi barədə fikirlər də səsləndirilib.

BMU-nun Ümumi fənlər kafedrasının dosenti Qafar Ocaqlı isə məruzəsində multikulturalizm və milli-mənəvi dəyərlər arasındakı əlaqədən bəhs edib. Bildirib ki, hər bir cəmiyyətdə mövcud olan müxtəliflik həmin cəmiyyətin intellektual və mədəni zənginliyinin göstəricidir. O, fərqli dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, öz milli və mənəvi dəyərlərimizi qorumağın da mühüm əhəmiyyət kəsb etdiyini deyib. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə mədəniyyətlərin bir-birinə təsiri təbii prosesdir, lakin bu, milli dəyərlərin itirilməsi demək deyil. Qafar Ocaqlı dünyada elm və texnologiya sahəsində inkişaf etmiş, eyni zamanda öz dəyərlərini qoruyub saxlayan xalqlarla bağlı konkret misallar göstərib. Məruzədə, həmçinin Azərbaycanın da tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğu, xalqımızın öz inancını və dəyərlərini qorumağı bacardığı nəzərə çatdırılıb.

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və multikulturalizm ideyalarının təbliği istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyəti vurğulanıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45