Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri arasında ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsinə yekun vurulub.
"Tehsil365" xəbər verir ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən rayon-şəhər mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərindən 184 şagird öz təqdimat bacarıqlarını nümayiş etdirib ki, onlardan 20-si bu mərhələdə qalib olub.
Müsabiqədə qalib olan şagirdlər haqqında məlumat https://l24.im/JZ5g linkində yerləşdirilib.
Qeyd edək ki, müsabiqənin növbəti turunun cari ilin aprel ayında keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

