Təhsil 365 - Logo Mobile

Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır

8012.03.2026 - 17:44
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır

Müasir dövrdə dronların və pilotsuz uçuş aparatlarının rolu həm mülki, həm də hərbi sahələrdə getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu texnologiyalar bir tərəfdən insanların əməyini xeyli asanlaşdırır, digər tərəfdən isə bir çox işin daha operativ, təhlükəsiz və dəqiq həyata keçirilməsinə imkan yaradır. Bu gün dronlar kənd təsərrüfatında əkin sahələrinin monitorinqindən və dərmanlanmasından tutmuş coğrafi xəritələşdirməyə, fövqəladə hallarda axtarış-xilasetmə əməliyyatlarına və hərbi kəşfiyyata qədər geniş sahələrdə tətbiq edilir.

“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu təşəbbüs ölkədə müasir texnologiyalar sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.

AZƏRTAC-ın bölgə müxbiri Kürdəmir Peşə Liseyində olub, yeni yaradılan ixtisas qruplarında təhsil alan tələbələr və müəllimlərlə həmsöhbət olub. Burada dron və pilotsuz uçuş aparatları üzrə tədris prosesi, tələbələrin qazandıqları bilik və bacarıqlar, həmçinin bu sahənin perspektivləri barədə reportaj hazırlayıb.

Tovuz rayonunun Aran Yanıqlı kənd sakini, 16 yaşlı Asiman Heydərov liseydə yeni yaradılmış “Dronların texniki xidməti və təmiri üzrə texnik” ixtisası üzrə birinci kursda təhsil alır. Bildirir ki, bu sahənin gəlirli və əmək bazarında böyük tələbat olduğunu nəzərə alaraq, ailəsi ilə birlikdə məhz bu istiqaməti seçib. Uşaqlıqdan texnologiyaya, xüsusilə dronlara böyük maraq göstərən Asimanın valideynləri də onun gələcək vəd edən bir peşə sahibi olmasını dəstəkləyiblər.

Asiman təhsilini başa vurduqdan sonra peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi və qazandığı biliklərlə ölkəsinin texnoloji inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub. Hazırda liseydə həmin ixtisasla yanaşı, “Uçan aparatların cihaz və avadanlıqları üzrə elektromexanik” ixtisası üzrə müxtəlif bölgələrdən olan 33 tələbə təhsilini davam etdirir. Tədris prosesində gənclərə pilotsuz uçuş aparatlarının quruluşu, idarə olunması, texniki xidməti və təmiri ilə bağlı həm nəzəri, həm də praktiki dərslər keçirilir.

Hərbi Hava Qüvvələrinin zabiti, ixtisas qrupunun müəllimi Bəhram Əliyev bildirir ki, dron və pilotsuz uçuş aparatlarına marağın artması müasir dövrün tələbidir. Onun sözlərinə görə, bu texnologiyalar proqramlaşdırma, idarəetmə və müxtəlif sahələrdə tətbiq baxımından geniş imkanlar vəd edir.

“Dronlardan mülki sahədə, xüsusilə coğrafi ərazilərin çəkilişi və xəritələrin hazırlanmasında geniş istifadə olunur. Kənd təsərrüfatında əkin sahələrinin monitorinqi və dərmanlanması da dronların köməyi ilə daha səmərəli həyata keçirilir. Eyni zamanda, hərbi sahədə bu texnologiyalar kəşfiyyat məlumatlarının toplanmasında və zəruri hallarda müxtəlif əməliyyatların icrasında mühüm rol oynayır”, - deyə B.Əliyev bu texnologiyaların əhəmiyyətindən danışır.

Tədris prosesinə Hərbi Hava Qüvvələrinin ixtisaslı zabitləri ilə yanaşı, mülki mütəxəssislər də cəlb edilib. Tələbələr müasir avadanlıqlar və xüsusi dərs vəsaitləri vasitəsilə pilotsuz uçuş aparatlarının işləmə prinsiplərini dərindən mənimsəyirlər.

Dron mütəxəssisi Elşən Şükürov bildirir ki, tələbələr əvvəlcə simulyatorlar vasitəsilə dronların idarə olunma qaydalarını öyrənirlər. Simulyatorda uçuş məsafəsi, enerji sərfi və manevr imkanları barədə təcrübə qazanan tələbələr, daha sonra real dronlarla praktiki uçuş məşqlərinə keçid edirlər.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Kürdəmir Peşə Liseyinə 24 yeni qrup üzrə ümumilikdə, 480 nəfər qəbul olunub. Keçid qrupları da nəzərə alınmaqla, hazırda təhsil müəssisəsində, ümumilikdə, 667 tələbə müxtəlif ixtisaslar üzrə təhsilini davam etdirir.

Liseyin direktoru Nurlan Abdullayev deyir ki, hər il əmək bazarındakı tendensiyalar araşdırılır və mövcud tələbat əsasında yeni ixtisaslar üzrə qruplar formalaşdırılır. Onun sözlərinə görə, tələbələr müasir avadanlıqlarla işləmək vərdişlərinə yiyələnərək real iş mühitinə hazırlanırlar. Direktorun qeyd etdiyi kimi, artıq təkcə Kürdəmir deyil, ətraf rayonlardan olan gənclər də bu ixtisaslara böyük maraq göstərirlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Hərbi Hava Qüvvələri arasındakı əməkdaşlıq sayəsində tədris prosesinə yüksəkixtisaslı hərbi və mülki mütəxəssislər cəlb olunur, tələbələr üçün geniş praktiki məşğələlər təşkil edilir. Ekspertlər hesab edir ki, bu tərəfdaşlıq ölkədə dron texnologiyaları sahəsində peşəkar kadr potensialının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir. Gənclər nəzəri bilikləri birbaşa müasir texnologiyalar üzərində tətbiq etmək, real uçuş prosesini idarə etmək və zəruri praktiki bacarıqlar qazanmaq imkanı qazanırlar.

Hazırda tələbələr liseydə mülki sahələr üçün dronların praktiki uçuşlarını icra edərək, ilkin texniki vərdişlərə yiyələnirlər. Yuxarı kurslarda isə onların bilik və bacarıqları daha da təkmilləşdiriləcək.

Bu təlimlər gənclərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasına geniş imkanlar açacaq. Belə strateji təşəbbüslər Azərbaycanın gələcək texnoloji potensialının gücləndirilməsi və müasir əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45