Martın 12-si saat 22:00-dan martın 13-də saat 05:00-dək Ordubad və Culfa rayonları ərazisində rabitə infrastrukturunda planlı yenilənmə işləri aparılacaq.
“Tehsil365" xəbər verir ki, bu müddət ərzində qeyd olunan ərazilərdə internet və digər rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər. Yenilənmə işləri yekunlaşdıqdan sonra həmin rayonlara xidmətlərin verilişi təmin olunacaq.

