Təhsil 365 - Logo Mobile

Böyrək çatışmazlığının ilk əlamətləri

7912.03.2026 - 19:00
Böyrək çatışmazlığının ilk əlamətləri

Böyrəklər insan orqanizmində həyati vacib funksiyalar yerinə yetirən əsas orqanlardan biridir. Onlar sutka ərzində minlərlə litr qanı filtrasiya edərək toksinləri orqanizmdən xaric edir, su-duz balansını və arterial təzyiqi tənzimləyir. Lakin son illər xroniki böyrək xəstəliklərinin yayılması mütəxəssisləri narahat edir.

Tehsil365” Ölkə az- a istinadla xəbər verir ki bu xəstəliklərin yaranma səbəbləri, ilkin əlamətləri və müalicə imkanları barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılovun fikirlərini təqdim edilir:

– Böyrəklərin orqanizmdə əsas funksiyaları hansılardır?

– Böyrəklər həyati vacib funksiyalara malikdir və sutka ərzində 1500–2000 litr qanı filtrasiya edərək orqanizmin daxili mühitinin sabitliyini qoruyur. Onlar qandan toksinləri (kreatinin, sidik cövhəri və s.) və artıq mayeni xaric edir, elektrolit balansını və turşu-qələvi müvazinətini (pH) tənzimləyir.

Böyrəklər həmçinin renin fermenti ifraz edərək arterial qan təzyiqinin tənzimlənməsində iştirak edir. Eyni zamanda, eritropoetin hormonunun istehsalı vasitəsilə eritrositlərin yaranmasını (eritropoez prosesini) stimullaşdırır və D vitaminini aktivləşdirərək sümük mineral mübadiləsində mühüm rol oynayır.

– Xroniki böyrək xəstəliyinin əmələ gəlməsində əsasən hansı xəstəliklər rol oynayır?

– Xroniki böyrək xəstəliyinə səbəb olan xəstəliklər sırasında şəkərli diabet (45–55%) əsas yer tutur. Bundan başqa, arterial hipertoniya, qlomerulonefritlər, pielonefritlər (böyrək daşı xəstəliyi, sidik yolları infeksiyaları, reflüks nefropatiyalar, polikistoz xəstəliyi), sistem və irsi xəstəliklər də bu siyahıya daxildir.

Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər. Tibbin inkişafı ilə əlaqədar olaraq diaqnostik müayinələr zamanı istifadə olunan kontrast maddələrin tətbiqi nəticəsində kontrast nefropatiyası halları da qeydə alınır.

Ona görə də əhalinin maarifləndirilməsi və vaxtında həkimə müraciət etməsi vacibdir. Əsas xəstəliklər düzgün və adekvat şəkildə vaxtında korreksiya edilmədikdə böyrək çatışmazlığı sürətlə inkişaf edə bilər.

– Xroniki böyrək xəstəliyi və onun ağırlaşması olan xroniki böyrək çatışmazlığının əlamətləri hansılardır?

– Xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayət müşahidə olunmaya bilər.

Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, gecə sidik ifrazının artması, sidiyin köpüklü, qanlı, ağrılı və ya bulanıq olması, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər.

Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

Daha ağır və müalicə olunmayan hallarda huşun pozulması ilə müşayiət olunan uremik koma, ürək nahiyəsində ağrılarla gedən uremik perikardit, uremik xoralar nəticəsində mədə-bağırsaq qanaxmaları, eləcə də ağır təngnəfəsliklə müşahidə olunan uremik astma kimi ciddi fəsadlar yarana bilər.

– Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü?

– Böyrək xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupa bölünür.

Kəskin böyrək zədələnmələri, adətən, törədici səbəb aradan qaldırıldıqda 2–3 həftə ərzində tam bərpa oluna bilər.

Xroniki böyrək xəstəlikləri isə tam sağalmasa da, əsas xəstəliyin düzgün müalicəsi və adekvat korreksiyası nəticəsində uzun illər ərzində xəstəliyin sürətli inkişafının qarşısını almaq və ağırlaşmaları azaltmaq mümkündür.

Sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqda mütləq nefroloqa müraciət edilməli və mütəmadi tibbi nəzarət olmalıdır.

– Xəstələrə hemodializ müalicəsinə nə vaxt başlanılır?

– Xroniki böyrək xəstəliyinin son mərhələsində xəstələrə dializ müalicəsi və ya böyrək transplantasiyası tövsiyə olunur.

Böyrək əvəzləyici müalicəyə başlanması bəzən illər tələb edə bilər. Müasir tibbdə xəstənin yaşı, cinsi, çəkisi, irqi və qanda kreatinin səviyyəsi nəzərə alınaraq böyrəklərin funksional fəaliyyəti hesablanır və xəstəliyin mərhələsi müəyyən edilir.

Bu göstərici 15-dən aşağı olduqda dializ və ya transplantasiya tövsiyə olunur. Göstərici 15–30 arasında olduqda isə dializ üçün damar yolu yaradılması və ya böyrək transplantasiyasına hazırlıq işlərinə başlanılır.

Hemodializ müalicəsində yalnız dializ proseduru deyil, həm də pəhriz və dərman müalicəsi mühüm əhəmiyyət daşıyır.

Dializ xəstələri üçün pəhrizin əsas prinsiplərinə proteinlə zəngin qidaların istifadəsi, xörək duzunun, kalium və fosforla zəngin qidaların məhdudlaşdırılması, eləcə də maye balansının sidik ifrazına uyğun tənzimlənməsi daxildir.

Pəhriz və dərman müalicəsi müntəzəm aparılan laborator müayinələrin nəticələrinə əsasən fərdi qaydada tənzimlənir.

– Dializ xəstələri övlad sahibi ola bilərmi?

– Hər bir pasiyentə fərdi yanaşma vacibdir. Uzun müddət böyrək çatışmazlığı olan şəxslərdə hormonal disbalans fonunda reproduktiv funksiyanın zəifləməsi müşahidə oluna bilər.

Bununla belə, belə xəstələr üçün övlad sahibi olmaq əks-göstəriş hesab olunmur. Onların valideyn olması mümkündür və bu hallara rast gəlinir.

Dializ müalicəsi alan qadınların hamilə qalması və sağlam uşaq dünyaya gətirməsi ilə nəticələnən hallar nadir hallarda müşahidə olunur. Lakin sidik ifrazı ciddi azalmış və ağır böyrək çatışmazlığı olan qadınlarda hamiləliyin uğurla başa çatma ehtimalı daha aşağıdır.

– Böyrək transplantasiyası üçün xəstələr mütləq əvvəlcədən dializ müalicəsi qəbul etməlidirlərmi?

– Əgər xəstə vaxtında və düzgün nefroloji nəzarətdə olubsa, nefroloq onu dializ müalicəsinə başlamadan əvvəl böyrək transplantasiyasına yönləndirə bilər.

Bu üsul PRE-EMPTIVE (preemptiv) böyrək transplantasiyası adlanır və ən optimal variant hesab olunur.

Transplantasiyaya hazırlıq zamanı hər bir pasiyentin yaşı, çəkisi, laborator göstəriciləri, psixoloji vəziyyəti, donorla toxuma uyğunluğu və digər amillər diqqətlə qiymətləndirilir və nəticəyə uyğun qərar qəbul edilir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb12.03.2026 - 19:57
Sabahın hava proqnozu açıqlanıb12.03.2026 - 19:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 19:45
Finlandiyada diaspor təşkilatları barədə məlumat təqdim olunub12.03.2026 - 19:40
Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb12.03.2026 - 19:32
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06