Təhsil 365 - Logo Mobile

ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır

7412.03.2026 - 19:05
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm Gününə həsr olunmuş elmi seminar təşkil olunub.

ADPU-dan “Tehsil365"ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Elm Gününün tarixi və mahiyyəti haqqında ətraflı məlumat verib. Prorektor bildirib ki, müasir dövrdə elmin inkişafı dövlətlərin tərəqqisinin əsas amillərindən biri hesab olunur və güclü dövlət quruculuğunda elmi potensialın rolu danılmazdır. O, Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət elmi fəaliyyətin genişlənməsi, gənc alim və tədqiqatçıların dəstəklənməsi üçün geniş imkanlar yaradır. Xüsusilə gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində qəbul olunan dövlət proqramları, Prezident sərəncamları və gənclər siyasəti bu sahədə mühüm rol oynayır.

Prorektor ADPU-da elmi mühitin inkişafı istiqamətində görülən işlərdən də söz açıb. Bildirilib ki, universitetdə gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə müxtəlif layihələr və təşəbbüslər həyata keçirilir. Bu baxımdan ADPU-da nəşr olunan “Magistrant” dövri-elmi jurnalının xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor Asəf Zamanov vurğulayıb ki, jurnal magistrantların ilk elmi məqalələrinin çapı, elmi yazı bacarıqlarının formalaşdırılması və onların akademik fəaliyyətə inteqrasiyası baxımından mühüm platformadır. Eyni zamanda, prorektor universitetdə ənənəvi olaraq keçirilən “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin gənc tədqiqatçılar üçün mühüm stimul rolunu oynadığını bildirib. Qeyd edilib ki, bu cür təşəbbüslər gənc alimlərin elmi fəaliyyətə marağını artırmaqla yanaşı, onların elmi potensialının üzə çıxarılmasına da xidmət edir. Asəf Zamanov çıxışında hər il təşkil olunan magistrantların respublika elmi konfransından da bəhs edib. Prorektor qeyd edib ki, artıq ənənə halını almış bu konfrans ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan magistrantların elmi müzakirələr aparması, tədqiqat nəticələrini təqdim etməsi və elmi əlaqələr qurması baxımından mühüm platformadır. Bu il artıq 9-cu dəfə keçiriləcək konfransın gənc tədqiqatçıların elmi fəaliyyətinin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.

AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmin inkişaf istiqamətləri, alim kadrların yetişdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Alim kadrların yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirən Misir Mərdanov vurğulayıb ki, magistratura və doktorantura pillələri elmi kadr potensialının formalaşmasında mühüm mərhələ hesab olunur. Bildirilib ki, universitetlər yalnız tədris müəssisələri deyil, həm də elmi düşüncənin formalaşdığı və inkişaf etdiyi mühüm elmi mərkəzlər olmalıdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov müasir dövrün tələblərinə cavab verən kadr hazırlığının vacibliyini vurğulayaraq, universitetdə bu istiqamətdə həyata keçirilən işlərdən, xüsusilə magistr səviyyəsində ixtisaslaşmaların məzmununun yenilənməsi, yeni fənn proqramlarının hazırlanması və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. C.Cəfərov qeyd edib ki, bu sahədə artıq müəyyən işlər görülsə də qarşıda daha geniş və sistemli fəaliyyətin həyata keçirilməsi zəruridir. Ziyalıların cəmiyyətin inkişafında və milli düşüncənin formalaşmasında xüsusi rol oynadığını qeyd edən professor Cəfər Cəfərov elm və təhsilin millət quruculuğunda strateji əhəmiyyət daşıdığını bildirib.

Tədbir sonda diskussiya və müzakirələrlə davam edib, iştirakçılar elmin inkişafı, gənc tədqiqatçıların dəstəklənməsi və ali təhsil müəssisələrində elmi fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nərmin Mustafayeva

Xəbər Lenti

2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb12.03.2026 - 19:57
Sabahın hava proqnozu açıqlanıb12.03.2026 - 19:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 19:45
Finlandiyada diaspor təşkilatları barədə məlumat təqdim olunub12.03.2026 - 19:40
Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb12.03.2026 - 19:32
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06