Təhsil 365 - Logo Mobile

2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb

7412.03.2026 - 19:57
2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb

Martın 12-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Tehsil365"ə bildirib ki, iclasda ötən il ərzində dövlət maliyyəsinin idarə olunması sahəsində görülmüş işlər təhlil olunub, eyni zamanda 2026-cı ildə qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib.

Maliyyə naziri Həsən İsmayılov qeyd edib ki, 2025-ci il ərzində dövlət maliyyəsinin idarə olunması sahəsində normativ-hüquqi baza daha da təkmilləşdirilib, fiskal idarəetmənin institusional əsasları gücləndirilib. Qəbul olunmuş qərarların büdcə gəlir və xərclərinin idarə edilməsinin təkmilləşdirilməsinə, dövlət vəsaitlərindən istifadənin nəticəyönümlülüyünün artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət etdiyi bildirilib.

Həsən İsmayılov vurğulayıb ki, ötən il həyata keçirilən maliyyə siyasəti nəticəsində muxtar respublikanın maliyyə potensialının artırılması, büdcə gəlirlərinin yüksəldilməsi və dövlət vəsaitlərinin səmərəli idarə olunması istiqamətində müsbət nəticələr əldə olunub.

Qeyd edilib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 644 min 744 manat məbləğində icra olunub. Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinə gəldikdə isə 505 milyon 184 min manat proqnoza qarşı 445 milyon 629 min 730 manat icra edilib. Bu göstəricinin 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 23 min 138 manat çox olduğu diqqətə çatdırılıb. 2026-cı il 1 yanvar tarixinə büdcə qalığının isə 40 milyon 516 min 533 manat təşkil etdiyi qeyd edilib.

Bildirilib ki, 2025-ci ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya 285 milyon 713 min manat nəzərdə tutulsa da, faktiki olaraq 160 milyon manat məbləğində icra olunub.

Kollegiya iclasında ötən il ərzində aparılan dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri, maliyyə sahəsində həyata keçirilən islahatlar, kadr potensialının inkişafı və maliyyə-mühasibatlıq sahəsində təlimlərin təşkili barədə də məlumat verilib.

Bildirilib ki, dövlət maliyyə vəsaitlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər gələcək dövrdə də davam etdiriləcək.

Nazir çıxışında 2026-cı ilin büdcə göstəricilərinə də toxunaraq bildirib ki, 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat, büdcə xərcləri isə eyni məbləğdə proqnozlaşdırılıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq struktur bölmə rəhbərlərinin çıxışları dinlənilib. Həmçinin nazirliyin müvafiq struktur bölmələri üzrə prosedur sənədlərinin təsdiqi, bəzi əvvəlki qərarların ləğv edilməsi ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə büdcə gəlirlərinin artırılması, maliyyə intizamının daha da gücləndirilməsi, dövlət vəsaitlərinin səmərəli idarə olunması və şəffaflığın təmin olunması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabahın hava proqnozu açıqlanıb12.03.2026 - 19:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 19:45
Finlandiyada diaspor təşkilatları barədə məlumat təqdim olunub12.03.2026 - 19:40
Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb12.03.2026 - 19:32
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12
ADPU-nun rektoru: Elm və təhsil millət quruculuğunda strateji əhəmiyyət daşıyır12.03.2026 - 19:05
Böyrək çatışmazlığının ilk əlamətləri12.03.2026 - 19:00
Soyuqlar bitmir: 10 dərəcə şaxta OLACAQ 12.03.2026 - 18:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 18:50
Azərbaycanda məşhur professor vəfat etdi12.03.2026 - 18:44
DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir12.03.2026 - 18:40
Magistratura imtahanının nəticələri - 1 nəfər maksimum nəticə göstərdi12.03.2026 - 18:39
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar12.03.2026 - 18:34
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 12.03.2026 - 18:30
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 18:28
Azərbaycan Xirosimanın administrasiyasını WUF13-ə dəvət edib12.03.2026 - 18:23
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan mövzuları açıqlandı 12.03.2026 - 18:20
Almaniyada xeyli sayda aviareys ləğv edilib12.03.2026 - 18:18
Qəbələdə peşə təhsilinin təbliğinə start verilib12.03.2026 - 18:15
Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb12.03.2026 - 18:14
Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq12.03.2026 - 18:09
Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Oxuduğumuz kitablar psixologiyamıza zehni qida kimi təsir edir"12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06