Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində keçirilən “YU Pitch 2026” hakatonunda uğur qazanıblar.
ADNSU-dan “Tehsil365”ə verilən məlumata görə, hakatonda bu universitetin ümumilikdə 10 tələbəsi iştirak edib. Onlardan Mehparə Heydərova və Elnur Vəlizadə yüksək nəticə göstərərək müsabiqədə birinci yerə layiq görülüblər.
Akademik mobillik proqramı çərçivəsində xaricdə təhsil alan ADNSU tələbələri beynəlxalq layihələrdə fəal iştirak edir, müxtəlif müsabiqə və tədbirlərdə universiteti uğurla təmsil edirlər. Bu uğur tələbələrin yalnız təhsil sahəsində deyil, həm də beynəlxalq layihələrdə öz bilik və bacarıqlarını nümayiş etdirdiklərini göstərir.

