Təhsil 365 - Logo Mobile

Yeraltı sivilizasiya tapıldı: Yüzillərlə dünyadan təcrid olunmuş şəkildə yaşayıblar

6313.03.2026 - 08:23
Yeraltı sivilizasiya tapıldı: Yüzillərlə dünyadan təcrid olunmuş şəkildə yaşayıblar

İspaniyanın şimalında arxeoloqlar əsrlər boyu yerin altında yaşayaraq xarici dünya ilə demək olar ki, əlaqə saxlamayan orta əsr cəmiyyətinin qalıqlarını aşkar ediblər.

“Tehsil365” xəbər verir ki, bu barədə "DailyGalaxy" nəşri məlumat yayıb.

Tədqiqatçıların sözlərinə görə, VII-XI əsrlər arasında bu cəmiyyət üçün sığınacaq rolunu İspaniyanın şimalındakı Las-Gobas adlı təbii qaya mağaraları oynayıb.

"Science Advances" jurnalında dərc olunan araşdırmaya əsasən, Las-Gobas ərazisində aparılan qazıntılar zamanı 33 nəfərə aid insan qalıqları tapılıb. Genetik nümunələrin təxminən 63 faizində inbriding - yəni yaxın qohumlar arasında evlilik - əlamətləri aşkar edilib. Bu isə bir neçə nəsil ərzində qohum evliliklərinin geniş yayılmış olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, bu icma çox təcrid olunmuş vəziyyətdə yaşayıb və xarici dünya ilə az əlaqə saxlayıb. Nəticədə genetik müxtəliflik azalıb və zamanla sağlamlıq problemləri artıb.

Paleogenetika və molekulyar arxeologiya üzrə tədqiqatçı Rikardo Rodrigez Varela bildirib: "Əldə etdiyimiz məlumatlar göstərir ki, bu icma ən azı beş əsr ərzində nisbətən təcrid olunmuş vəziyyətdə qalıb".

Araşdırma zamanı bəzi skeletlərdə sınıqlar və ehtimal ki, qılınc zərbələrindən yaranmış deşici yaralar da aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, bu fakt yeraltı icmada daxili münaqişələrin tez-tez baş verdiyini göstərir.

Las-Gobas qalıqlarında həmçinin çiçək xəstəliyinin izlərinə də rast gəlinib. Alimlərin fikrincə, icma bu xəstəliyə yoluxmuş donuz əti vasitəsilə yoluxmuş ola bilər. Çünki donuz əti mağara sakinlərinin əsas qida mənbələrindən biri olub.

Böyük şəhərlərdən uzaqda yaşayan Las-Gobas sakinləri çiçək kimi xəstəliklərə qarşı xüsusilə həssas olub. Xarici yardım və dərmanlara çıxış olmadığı üçün xəstəliklər əhalinin böyük hissəsini məhv edə bilib.

Yüzillərlə mövcud olduqdan sonra Las-Gobasdakı mağara icması XI əsrin sonlarına doğru tərk edilib. Bunun dəqiq səbəbi tam məlum deyil. Lakin tədqiqatçılar hesab edirlər ki, resurs çatışmazlığı, xəstəliklərin yayılması və o dövrdə İspaniyada baş verən siyasi dəyişikliklər və ya hücumlar kimi xarici təzyiqlər bu cəmiyyətin tənəzzülünə səbəb ola bilər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Növbəti layihə mədəniyyətlərarası dialoqun Azərbaycan modelinə həsr olunub13.03.2026 - 12:55
Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə 107 nəfər vəsiqə qazanıb13.03.2026 - 12:45
BDU tələbələri üçün karyera imkanları təqdim edilib13.03.2026 - 12:35
Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək13.03.2026 - 12:25
Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri BMU-da tədris prosesinə cəlb oluna bilər13.03.2026 - 12:15
BDU tələbələri ekzistensial psixologiya mövzusunda məlumatlandırılıb13.03.2026 - 12:05
Azərbaycanda filologiya üzrə yeni elmlər doktoru13.03.2026 - 11:58
Ötən il 81 uşaq təhsilə cəlb edilib13.03.2026 - 11:49
5 il ərzində magistraturaya qəbul olanların sayında artım var 13.03.2026 - 11:37
BSU-da abituriyentlər üçün infoturlar başlayıb - FOTOLAR13.03.2026 - 11:25
“Gənc memarlar üçün karyera imkanları” forumu keçirilib - FOTOLAR13.03.2026 - 11:14
Reytinqdə UNEC-in yeni uğuru13.03.2026 - 11:02
Bu qədər məktəbdə inklüziv təhsil tətbiq olunur13.03.2026 - 10:50
Yeni dərsliklər hazırlanıb 13.03.2026 - 10:43
İncəsənət məktəblərində bu qədər şəxs işdən çıxarılıb13.03.2026 - 10:36
Azərbaycanda ləğv edilən məktəblərin sayı açıqlanıb 13.03.2026 - 10:27
Kənd məktəbindən iki bacı RFO-nun finalçısı olub13.03.2026 - 10:19
Futzal üzrə “Novruz kuboku” başa çatıb - FOTO13.03.2026 - 10:09
“İxtisas seçimi abituriyentlər üçün vacib mərhələdir” - Ayşə Qasımlı13.03.2026 - 09:56
“Riyaziyyatda təməl biliklər vacibdir” - AÇIQLAMA13.03.2026 - 09:44
Bu qidalar qadınlarda yaddaşı zəiflədir - XƏBƏRDARLIQ13.03.2026 - 09:39
Görmə qabiliyyətini yaxşılaşdıran 12 qida (SİYAHI)13.03.2026 - 09:33
Bu dörd qida xərçəng riskini azaldır13.03.2026 - 09:25
Beynin qocalması hansı yaşdan başlayır?13.03.2026 - 09:18
İnsan ürəyi haqqında 5 maraqlı fakt13.03.2026 - 09:11
Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı beş məhsul13.03.2026 - 09:05
Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür13.03.2026 - 08:55
Ağcaqanadlar hər il 700 mindən çox insanın həyatına son qoyur13.03.2026 - 08:49
İnşaat və Sumqayıt Musiqi kolleclərinə yeni təyinatlar olub13.03.2026 - 08:39
Avstraliyalı yeniyetmələrin beşdə biri qadağadan sonra hələ də sosial mediadan istifadə edir 13.03.2026 - 08:30
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar13.03.2026 - 08:15
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?13.03.2026 - 08:06
Hər il 2 milyon insanın tutulduğu xəstəlik - Artıq gənclər arasında da yayılır13.03.2026 - 07:57
Yeni timsah növü kəşf edilib13.03.2026 - 07:49
Bu gün hava necə olacaq? - PROQNOZ13.03.2026 - 07:40
Gündə üç dəfə qəbul etmək bağırsaqda möcüzələr yaradır13.03.2026 - 07:30
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz13.03.2026 - 07:21
Günəş panelləri tək-tək zibilə atılır: Günün 24 saatı havadan enerji istehsalı13.03.2026 - 07:10
Qalaktikamız qaranlıq maddənin içində üzür: Kosmik "krep" nəzəriyyəsi13.03.2026 - 07:00
2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılıb12.03.2026 - 19:57
Sabahın hava proqnozu açıqlanıb12.03.2026 - 19:52
Göründüyü qədər yüngül deyil: Bir bulud əslində neçə tondur?12.03.2026 - 19:45
Finlandiyada diaspor təşkilatları barədə məlumat təqdim olunub12.03.2026 - 19:40
Pakistanda şagirdlər üçün iftar süfrəsi açılıb12.03.2026 - 19:32
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir12.03.2026 - 19:26
Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub12.03.2026 - 19:20
Sinifdə passiv olan uşaqlarla psixoloji baxımdan necə işləmək lazımdır?12.03.2026 - 19:12