2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələri üçün 49 adda dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi istiqamətində işlər aparılıb.
“Tehsil365" xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hazırda 25 adda dərslik üzrə işlər yekunlaşdırılıb, 24 adda dərslik üzrə işlər isə davam etdirilir.

