Təhsil 365 - Logo Mobile

Pedaqoji Universitet “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” layihəsinin icrasına başlayıb

10713.03.2026 - 14:35
Pedaqoji Universitet “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” layihəsinin icrasına başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən ümumtəhsil müəssisələrində “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihənin icrasına başlanılıb. Layihə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir.

Universitetdən “Təhsil365”ə bildirilib ki, pilot layihənin əsas məqsədi şagirdlər arasında müşahidə olunan rəqəmsal asılılıq hallarını araşdırmaq, onlarda sağlam və balanslı rəqəmsal davranış bacarıqları formalaşdırmaq və XXI əsr bacarıqlarına uyğun sosial-emosional öyrənmə kompetensiyalarını inkişaf etdirməkdir. Pilot layihəyə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova rəhbərlik edir. Layihənin psixoloqu isə ADPU-nun Pedaqoji-psixologiya kafedrasının müəllimi Könül Xudazadədir. Layihə çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün üç mərhələdən ibarət maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Şagirdlərdə rəqəmsal mühitdən balanslı istifadə vərdişlərinin formalaşdırılması, təhlükəsiz internet davranışı barədə maarifləndirmə, həmçinin müəllim-şagird münasibətlərində empatiya, özünüidarəetmə və effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi layihənin prioritetləri sırasındadır.

Layihənin ilkin mərhələsinə ADPU-nun baza məktəbi olan Bakı şəhəri M. Rahim adına 7 nömrəli tam orta məktəbdə start verilib. Müəllimlərlə keçirilən ilk görüş zamanı şagirdlərin sosiallaşmasına yönəlmiş pedaqoji yanaşmalar, təlim prosesində rəqəmsal pedaqogika və neyropedaqogika elementlərinin tətbiqi barədə təqdimatlar təqdim olunub. Həmçinin şagirdlərin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, emosional rifahı və sosial adaptasiyası ilə bağlı məsələlər müzakirə edilib.

Pilot layihənin digər təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır14.03.2026 - 19:56
​"WhatsApp" pullu oldu14.03.2026 - 19:50
XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb14.03.2026 - 19:44
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb14.03.2026 - 19:36
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 19:30
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 19:22
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 19:14
Onlayn təhsil uşaqların psixoloji inkişafına necə təsir edib?14.03.2026 - 19:08
Tələbələrdə dərs motivasiyasının azalmasının əsas səbəbləri nədir?14.03.2026 - 19:05
Tələbələrin psixoloji problemləri və universitet mühiti – Psixoloqla müsahibə14.03.2026 - 19:02
“GİNius” intellektual yarışının növbəti yarımfinalçıları müəyyənləşib14.03.2026 - 19:00
14 mart dünyada Pi günüdür14.03.2026 - 18:58
Sabah Bakıda 13 dərəcə isti olacaq14.03.2026 - 18:52
Bakıda “Səmaya yüksələnlər” şousu- Video 14.03.2026 - 18:50
16 hindistanlı tələbə İrandan Azərbaycana təxliyə edildi14.03.2026 - 18:44
Dünyanı heyran edən “Galkynyş” qrupu “Circus Sea Breeze”də çıxış edib14.03.2026 - 18:40
Sabah 62 mindən çox şagird imtahan VERƏCƏK14.03.2026 - 18:36
Alimlər yeni kimyəvi reaksiyanı müəyyən ediblər14.03.2026 - 18:28
İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar14.03.2026 - 18:24
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 18:20
Asteroidlər arasında toz və qaya mübadiləsi baş verir14.03.2026 - 18:18
BMU-da generativ süni intellekt mövzusunda təlim14.03.2026 - 18:14
Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib14.03.2026 - 18:10
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq14.03.2026 - 18:08
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 18:05
Jurnalistin oğlu məşhur universitetin ilk azərbaycanlı doktorantı olub 14.03.2026 - 18:02
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 18:00
Şəkidə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub14.03.2026 - 17:56
Ordudan səhiyyəyə: Süni intellekt dünyanı necə yenidən qurur? 14.03.2026 - 17:55
Beynəlxalq simpozium: Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər14.03.2026 - 17:55
Naxçıvanda meşəsalma layihəsi: 6 min 500 ədəd tut və aylant tingi əkilib14.03.2026 - 17:52
Dünyaca məşhur film haqqında 6 maraqlı fakt14.03.2026 - 17:51
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:50
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb14.03.2026 - 17:45
Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb14.03.2026 - 17:44
Bu gecə Yer kürəsi vurulacaq14.03.2026 - 17:40
Gürcüstandakı azərbaycandilli məktəblərin vəziyyəti müzakirə edildi14.03.2026 - 17:38
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 17:38
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 17:35
Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb 14.03.2026 - 17:32
İlin ən pis filmləri və aktyorları açıqlandı14.03.2026 - 17:32
Bakı bulvarı bahar nəfəsində14.03.2026 - 17:30
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb14.03.2026 - 17:28
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:25
WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub14.03.2026 - 17:24
İstirahət günü hava necə olacaq?14.03.2026 - 17:20
Gənc istedadların təqdimatında “Novruz xonçası”14.03.2026 - 17:18
Tünzalə Əzizli: “Ət xalları xoş xassəli dəri törəmələridir”14.03.2026 - 17:15