Təhsil 365 - Logo Mobile

Səməd Vurğun və folklor: milli kimlik və ana dili - elmi sessiya

9613.03.2026 - 15:35
Səməd Vurğun və folklor: milli kimlik və ana dili - elmi sessiya

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Səməd Vurğun və folklor: milli kimlik və ana dili” mövzusunda elmi sessiya keçirilib. Tədbir Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilib.

“Tehsil365“ xəbər verir ki, institutdan bildirilib ki, əvvəlcə Səməd Vurğunun öz dilindən səsləndirdiyi şeirlər videoçarx formasında iştirakçılara nümayiş etdirilib.

Tədbirdə çıxış edən institutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı dahi şairin zəngin poetik irsinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

İnstitutun direktoru çıxışında Səməd Vurğunun yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə folklor ənənələri arasında möhkəm və üzvi bağlılıq təşkil etdiyini vurğulayıb. Alim qeyd edib ki, şairin poetik irsi milli-mədəni yaddaşın bədii ifadəsi kimi formalaşmış, xalqın mənəvi dünyasını, estetik zövqünü və dünyagörüşünü əks etdirən zəngin folklor qaynaqlarında qidalanıb. Səməd Vurğunun poeziyasında xalq yaradıcılığına xas motivlər, obrazlar sistemi və poetik ifadə vasitələri yeni bədii məna qazanaraq milli ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Bu baxımdan şairin yaradıcılığı həm milli kimliyin, həm də ana dilinin bədii-estetik potensialının ifadə olunduğu mühüm ədəbi hadisə kimi dəyərləndirilir.

Filologiya elmləri doktoru dosent Leyla Məmmədova “Aşıq yaradıcılığı və Səməd Vurğun poeziyasında gözəllik idealının bədii-estetik təcəssümü” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, şair aşıq şeirinin poetik imkanlarından yaradıcılıqla istifadə edərək qoşma və gəraylı janrlarında nümunələr yaradıb, xalq poetikasına xas olan obrazlılıq və estetik duyumu öz lirikasında yüksək bədii səviyyədə təqdim edib. Aşıq Ələsgər kimi Səməd Vurğun da gözəlliyi tərənnüm edən şairlərdəndir və onun lirik irsində gözəllik idealının ifadəsi məhz aşıq poeziyasından qaynaqlanan estetik ənənələrlə sıx bağlı şəkildə təzahür edir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Ceyran” şeirinə Qazax aşıq mühitində yazılmış nəzirələr: ənənə və poetik xüsusiyyətlər” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Səməd Vurğunun “Ceyran” şeirinin xalq mühitində yaşama formaları və aşıqlar tərəfindən ona yazılmış nəzirələrin poetik xüsusiyyətləri elmi şəkildə təhlil olunub. Tədqiqatçı qeyd edib ki, Azərbaycan aşıq mühitində klassik poetik nümunələrə nəzirə yazmaq ənənəsi geniş yayılıb və bu ənənə xalq poetikasının davamlılığını təmin edən mühüm yaradıcılıq formalarından biridir.

“Səməd Vurğun yaradıcılığında milli məfkurə və türklük” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığında milli ideya və türklük düşüncəsinin poetik ifadə imkanlarını təhlil edib. Məruzəçi qeyd edib ki, şairin əsərlərində xalqın tarixi yaddaşı, etnik-mədəni mənsubiyyət və milli özünüdərk ideyaları bədii şəkildə təqdim olunur. O bildirib ki, Səməd Vurğun poeziyasında Türk dünyasına mənəvi bağlılıq, ortaq mədəni dəyərlər və milli birlik ideyası müxtəlif obrazlar, poetik simvollar və bədii ümumiləşdirmələr vasitəsilə ifadə edilib.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Səməd Vurğun yaradıcılığında folklor ənənələri və milli ruh” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Səməd Vurğunun əsərlərində dastan motivləri, aşıq poeziyası, bayatı üslubu, xalq dili və mifoloji-təbiət obrazları kimi folklor elementlərindən geniş şəkildə istifadə olunub. “Vaqif”, “Komsomol poeması”, “Muğan”, “Azərbaycan” və “Aygün” əsərlərində xalqın qəhrəmanlıq idealları, milli yaddaşı və təbiət təsvirləri poetik şəkildə təqdim edilir, bu da şairin milli ruhu yaradıcılığının əsas mövzularından birinə çevirdiyini göstərir. Səməd Vurğun Azərbaycan ədəbiyyatında folklor ənənələrinin və milli ruhun parlaq ifadəsi kimi yüksək qiymətləndirilir.

Elmi sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Mehriban İbadova

Xəbər Lenti

Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır14.03.2026 - 19:56
​"WhatsApp" pullu oldu14.03.2026 - 19:50
XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb14.03.2026 - 19:44
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb14.03.2026 - 19:36
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 19:30
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 19:22
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 19:14
Onlayn təhsil uşaqların psixoloji inkişafına necə təsir edib?14.03.2026 - 19:08
Tələbələrdə dərs motivasiyasının azalmasının əsas səbəbləri nədir?14.03.2026 - 19:05
Tələbələrin psixoloji problemləri və universitet mühiti – Psixoloqla müsahibə14.03.2026 - 19:02
“GİNius” intellektual yarışının növbəti yarımfinalçıları müəyyənləşib14.03.2026 - 19:00
14 mart dünyada Pi günüdür14.03.2026 - 18:58
Sabah Bakıda 13 dərəcə isti olacaq14.03.2026 - 18:52
Bakıda “Səmaya yüksələnlər” şousu- Video 14.03.2026 - 18:50
16 hindistanlı tələbə İrandan Azərbaycana təxliyə edildi14.03.2026 - 18:44
Dünyanı heyran edən “Galkynyş” qrupu “Circus Sea Breeze”də çıxış edib14.03.2026 - 18:40
Sabah 62 mindən çox şagird imtahan VERƏCƏK14.03.2026 - 18:36
Alimlər yeni kimyəvi reaksiyanı müəyyən ediblər14.03.2026 - 18:28
İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar14.03.2026 - 18:24
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 18:20
Asteroidlər arasında toz və qaya mübadiləsi baş verir14.03.2026 - 18:18
BMU-da generativ süni intellekt mövzusunda təlim14.03.2026 - 18:14
Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib14.03.2026 - 18:10
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq14.03.2026 - 18:08
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 18:05
Jurnalistin oğlu məşhur universitetin ilk azərbaycanlı doktorantı olub 14.03.2026 - 18:02
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 18:00
Şəkidə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub14.03.2026 - 17:56
Ordudan səhiyyəyə: Süni intellekt dünyanı necə yenidən qurur? 14.03.2026 - 17:55
Beynəlxalq simpozium: Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər14.03.2026 - 17:55
Naxçıvanda meşəsalma layihəsi: 6 min 500 ədəd tut və aylant tingi əkilib14.03.2026 - 17:52
Dünyaca məşhur film haqqında 6 maraqlı fakt14.03.2026 - 17:51
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:50
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb14.03.2026 - 17:45
Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb14.03.2026 - 17:44
Bu gecə Yer kürəsi vurulacaq14.03.2026 - 17:40
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 17:38
Gürcüstandakı azərbaycandilli məktəblərin vəziyyəti müzakirə edildi14.03.2026 - 17:38
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 17:35
İlin ən pis filmləri və aktyorları açıqlandı14.03.2026 - 17:32
Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb 14.03.2026 - 17:32
Bakı bulvarı bahar nəfəsində14.03.2026 - 17:30
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb14.03.2026 - 17:28
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:25
WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub14.03.2026 - 17:24
İstirahət günü hava necə olacaq?14.03.2026 - 17:20
Gənc istedadların təqdimatında “Novruz xonçası”14.03.2026 - 17:18
Tünzalə Əzizli: “Ət xalları xoş xassəli dəri törəmələridir”14.03.2026 - 17:15