AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevin “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: Xatirələr, duyğular, arzular) kitabı nəşr olunub.
Bu barədə "Tehsil365"ə institutdan məlumat verilib.
Nəşr “İlk söz”, “Mən, mənim qəhrəmanım və yurdum”, “Zaman dəyişir, xislət dəyişmir”, “Qarabağ həqiqətləri bədii yaradıcılığımda” və “Son söz” bölmələrindən ibarətdir.
Kitabda Qarabağın işğalı, eyni zamanda, Zəfər yürüşü nəticəsində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi, Qarabağın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı məsələləri, dağıdılmış yurd yerlərinə səfər təəssüratı əksini tapıb. Həmçinin keçmiş Qarabağ münaqişəsi ətrafında aparılan araşdırmalar nəticəsində əldə olunmuş nəticələr kitabda yer alıb.
Nəşrin elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd, rəyçiləri professor Qasım Hacıyev və dosent Rauf Sadıxovdur.

