“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın “Dayanıqlı şəhərsalma: İqlim dəyişikliyinə davamlı infrastruktur həlləri” adlı seminarı təşkil olunub.
Bu barədə “Tehsil365"ə akı Dövlət Universitetindən (BDU) məlumat verilib. Gülnarə Abbasova çıxışında dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinin qlobal miqyasda olduğu kimi, Azərbaycan üçün də aktual olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində temperaturun artması, ekstremal hava hadisələrinin intensivləşməsi və su ehtiyatlarının idarə olunması kimi məsələlər şəhər infrastrukturunun planlaşdırılmasında yeni yanaşmalar tələb edir. Xüsusilə Bakı və digər iri şəhərlərdə ekoloji tarazlığın qorunması, yaşıllıq zonalarının genişləndirilməsi, yağış sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəliliyi baxımından tikinti texnologiyalarının tətbiqi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda iqlim müşahidələri, hidrometeoroloji məlumatların təhlili və onların şəhər planlaşdırılmasında istifadəsi istiqamətində görülən işlərdən də danışan Gülnarə Abbasova iqlimə davamlı infrastrukturun formalaşdırılmasının ölkənin dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Seminar zaman Dayanıqlı İnkişaf Məqsədlərinin şəhərsalma sahəsində rolu, bu istiqamətdə beynəlxalq təcrübə və müasir yanaşmalar barədə də fikir mübadiləsi aparılıb.

