Nazirlər Kabinetinin “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq hesabat dövründə 8 peşə təhsili müəssisəsi üzrə 7 142 tələbəyə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, yeni maliyyələşmənin əhatə etdiyi təhsilalanların sayı 2025-ci ilin sonunda 7918 nəfərə çatdırılıb.

