Təhsil 365 - Logo Mobile

BSU-da abituriyentlər üçün fürsət: maarifləndirici infoturlar başlayıb

7813.03.2026 - 16:50
BSU-da abituriyentlər üçün fürsət: maarifləndirici infoturlar başlayıb

Martın 12-də Bakı Slavyan Universitetində (BSU) Nərimanov rayonu Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri üçün universitet mühiti ilə yaxından tanış olmaları məqsədilə infotur təşkil olunub.

Tehsil365” xəbər verir ki , BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, BSU inklüziv təhsil prinsiplərini rəhbər tutaraq hər bir gəncin bilik və bacarıqlarını inkişaf etdirməsi üçün bərabər imkanlar yaradır. A.Nağıyev vurğulayıb ki, bu kimi görüşlər və infoturlar məktəblilərin universitet mühiti ilə yaxından tanış olmaları, onların maraq və ideyalarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışında “BSU-nun gənc dostu” layihəsinə toxunan rektor universitetin gənclərin təşəbbüslərini daim dəstəklədiyini və onların gələcəkdə seçdikləri sahədə uğurlu mütəxəssis kimi formalaşmalarına töhfə verməyi qarşısına məqsəd qoyduğunu bildirib.

Rektor qeyd edib ki, hazırda BSU-nun "Regionşünaslıq" (Polşa üzrə) ixtisasında təhsil alan 25 tələbə Polşa Respublikasının müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edirlər. A.Nağıyev bildirib ki, BSU beynəlxalq əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirilərək bu istiqamətdə Polşa ilə yanaşı, Bolqarıstan, Albaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində yay məktəbləri və mübadilə proqramları təşkil olunur.

Eyni zamanda rektor çıxışı zamanı qeyd edib ki, IELTS imtahanından 7 və daha yüksək bal toplayan tələbələr universitetdə ingilis dili fənnindən azad edilirlər.

Həmçinin BSU-nun rektoru A.Nağıyev bildirib ki, universitet tərəfindən təşkil olunan infoturlarda iştirak edən abituriyentlərdən 500 baldan yuxarı nəticə göstərərək BSU-ya qəbul olunanlara müxtəlif hədiyyələr təqdim olunacaq.

Tədbir çərçivəsində iştirakçılara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fakültə və ixtisasları, universitetdə tədris olunan xarici dillər, eləcə də beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları haqqında geniş məlumat verilib.

Infotur zamanı abituriyentlər universitetin tədris infrastrukturu ilə, o cümlədən əsas tədris binasında yerləşən Kitabxana-Öyrənmə Mərkəzi, müasir auditoriyalar, Yüksək Təhsil Mərkəzi, Müəllim İnkişaf Mərkəzi, Müasir Dillərin Öyrənmə və Sertifikasiya Mərkəzi, "LingAI Lab" otağı, Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi, eyni zamanda rektorluq otağı ilə tanış olublar.

Tədbirin davamında universitetin Akt zalında tələbə həyatı ilə bağlı təqdimat keçirilib. Təqdimat zamanı BSU haqqında videoçarx nümayiş olunub, Tələbə Gənclər Təşkilatının fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib. Eyni zamanda BSU-nun “Zəfər” yaradıcılıq qrupunun ifasında qısa musiqili proqram təqdim olunub.

Sonda abituriyentlərin sualları cavablandırılıb, qəbul qaydaları, təqaüd imkanları, tələbə həyatı və beynəlxalq proqramlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, universitetdə təşkil olunan infoturun növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Bir fakt göstərsinlər ki, suallar dərsliyə uyğun deyil - Məleykə Abbaszadə13.03.2026 - 19:26
Bakı məktəbində şagird bıçaqlandı13.03.2026 - 19:20
“Məktəbdə rəqabət mühiti uşaqların psixologiyasına necə təsir edir?” – Psixoloqdan açıqlama13.03.2026 - 19:15
“Müəllimin davranışı şagirdin motivasiyasına nə qədər təsir göstərir?” – Psixoloq açıqladı13.03.2026 - 19:11
Dövlət qulluğu ilə bağlı təlim keçirilib13.03.2026 - 19:06
DİM tərəfindən vörkşoplar təşkil ediləcək13.03.2026 - 19:02
Mayda 14 gün iş olmayacaq 13.03.2026 - 19:00
BMU-PKTU arasında ikili diplom proqramı ilə bağlı infosessiya13.03.2026 - 18:57
Yer kürəsində maqnit fırtınası gözlənilir13.03.2026 - 18:52
Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu13.03.2026 - 18:50
Firudin Qurbanov Bərdədə vətəndaşları qəbul edəcək13.03.2026 - 18:46
Son 5 ildə magistraturaya qəbul olanların sayı 37 faiz artıb13.03.2026 - 18:40
Çin İranda həlak olan şagirdlərin ailələrinə 200 min dollar ayırdı13.03.2026 - 18:39
İlber Ortaylı vəfat edib13.03.2026 - 18:34
Azərbaycan alimlərinin beynəlxalq elmi nəşrlərinin sayı artıb13.03.2026 - 18:30
Birinci sinfə qəbul zamanı prioritet məktəblərin SİYAHISI13.03.2026 - 18:28
25 yeni peşə və ixtisas aktual peşə və ixtisas siyahısına əlavə ediləcək13.03.2026 - 18:23
Ali məktəbə qəbul olanların sayında artım - 4 ildə 18 faiz yüksəliş13.03.2026 - 18:20
DƏMX-in əməkdaşları əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlar barədə məlumatlandırılıblar13.03.2026 - 18:18
ƏMAS-da daha bir yenilik: Ştat vahidi yaradılarkən vəzifə maaşının daxil edilməsi tələb olunacaq13.03.2026 - 18:13
Qeydiyyatdan keçən 11 mindən çox namizəd MİQ imtahanında iştirak etməyib13.03.2026 - 18:10
BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub13.03.2026 - 18:07
Səfir Lu Mey: Çin Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə fəal iştirak etməyə hazırdır13.03.2026 - 18:02
24 yeni dərslik hazırlanır13.03.2026 - 18:00
Bakıdakı universitetlər buraya köçürülə bilər13.03.2026 - 17:57
əbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib13.03.2026 - 17:55
Şamaxıda “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin növbəti təqdimatı13.03.2026 - 17:54
“Apple” Çin tərtibatçıları üçün “App Store”da komissiyanı 30%-dən 25%-ə endirib13.03.2026 - 17:53
Politoloq Sahil İsgəndərov: Sosial şəbəkələr insanların fikir və mövqelərinə ciddi təsir göstərir13.03.2026 - 17:53
Bakıdakı universitetlərin köçürülməsi strategiyaya daxil ediləcək13.03.2026 - 17:50
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma13.03.2026 - 17:49
Azərbaycan UNCTAD ilə rəqəmsal ticarət üzrə əməkdaşlığı müzakirə edib13.03.2026 - 17:48
İlham Əsgərov: Müasir Çin teatr mühiti bizim üçün hələ kəşf olunmayan böyük xəzinədir13.03.2026 - 17:48
Türkiyənin İğdır vilayətində Novruz bayramı münasibətilə tədbirlər başlayıb13.03.2026 - 17:45
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib13.03.2026 - 17:43
Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Tbilisidə ilk fərdi sərgisi açılacaq13.03.2026 - 17:42
Paytaxtda yeni ali məktəblər yaradılacaq?13.03.2026 - 17:40
89 məktəbdə inklüziv təhsil tətbiq olunur13.03.2026 - 17:40
Aktotı Raimkulova: Fondun fəaliyyəti Türk dünyasının ortaq irsinə xidmət edir13.03.2026 - 17:36
Gənclər əmək bazarındakı mövcud imkanlar və çağırışlar barədə məlumatlandırılıblar13.03.2026 - 17:35
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub13.03.2026 - 17:32
"ChatGPT" ilə yazılan esselər yüksək qiymət ala bilməz – Harvard Universiteti13.03.2026 - 17:30
RFO: İnformatika fənni üzrə olimpiadanın yarımfinal mərhələsinin nəticələri açıqlanıb13.03.2026 - 17:29
Regionlarda mədəni qastrol proqramı başlayır13.03.2026 - 17:25
Astronomlar nəhəng planetar toqquşma qeydə alıblar13.03.2026 - 17:24
Qəbələ Peşə Təhsil Mərkəzində ilk mentorluq proqramına seçim başlayıb13.03.2026 - 17:20
Dayanıqlı şəhərsalma: iqlim dəyişikliyinə davamlı infrastruktur həlləri13.03.2026 - 17:18
Bəzi ərazilərdə birinci sinfə qəbul zamanı prioritet məktəblərin siyahısı açıqlanıb 13.03.2026 - 17:15