Təhsil 365 - Logo Mobile

Maliyyə-İqtisad Kollecinin məzunlarının 59%-i universitetlərdə təhsil alır

11113.03.2026 - 17:10
Maliyyə-İqtisad Kollecinin məzunlarının 59%-i universitetlərdə təhsil alır

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində məzunların təhsil və məşğulluq göstəricilərinə dair aparılan təhlillər müsbət nəticələri ortaya qoyur.

Bu barədə “Tehsil365" xəbər verir ki ,kollecdə aparılan monitorinqlərə əsasən, məzunların əhəmiyyətli hissəsi ali təhsilə davam edir və ya əmək fəaliyyətinə qoşulur. Kollecin karyera və məzunlarla iş üzrə məsul şəxsin təqdim etdiyi hesabatda bildirilir ki, 2024–2025-ci tədris ilində kolleci bitirən məzunların məşğulluq və təhsil göstəriciləri üzrə aparılan təhlillərə əsasən ötən il 442 nəfər tələbə məzun olub.

Statistik göstəricilərə əsasən, məzunların 259 nəfəri (59%) ali təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini bakalavr səviyyəsində davam etdirir. Hesabata görə, 49 nəfər (11%) kollec diplomu ilə əmək fəaliyyətinə başlayıb. 134 nəfər (30%) isə ailə qurması və ya hərbi xidmətə yollanması səbəbindən hazırda əmək fəaliyyətinə qoşulmayıb.

Kollecdə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Təcrübə proqramlarının genişləndirilməsi, müəssisələrlə əməkdaşlığın artırılması və tələbələrin karyera imkanlarının dəstəklənməsi bu istiqamətdə görülən əsas işlərdəndir.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov bildirib: “Kollecdə məqsədimiz tələbələrə yalnız nəzəri bilik vermək deyil, eyni zamanda onların gələcək təhsil və peşə fəaliyyətinə hazır şəkildə formalaşmasına dəstək olmaqdır. Məzunlarımızın əhəmiyyətli hissəsinin ali təhsilə davam etməsi və əmək fəaliyyətinə başlaması bu istiqamətdə görülən işlərin nəticəsidir. Gələcəkdə də məzunların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərimizdən olacaq”.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Millimiz Portuqaliyanı məğlub etdi28.07.2026 - 11:23
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək28.07.2026 - 11:17
Dünya çempionatı: Abdurrahman Hüseynli erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib28.07.2026 - 11:12
Əlyazmalar İnstitutu almandilli materialların kataloqunu nəşr edib28.07.2026 - 10:38
“İdrak” liseyində baş verən insidentlə bağlı silah sahibi barədə qərar açıqlanıb28.07.2026 - 10:28
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt proqramına start verir28.07.2026 - 10:20
BMU-da abituriyentlər üçün qəbul üzrə müraciət mərkəzi fəaliyyətə başlayıb28.07.2026 - 10:08
Soltan Soltanlı yubiley sərgisi ilə bağlı planlarını bölüşüb28.07.2026 - 10:05
Lalə İsmayılın yeni kitabı oxuculara təqdim edilib28.07.2026 - 10:00
Professor Buludxan Xəlilova həsr olunan elektron məlumat bazası istifadəyə verilib28.07.2026 - 09:53
Mədəniyyət naziri Pakistan səfiri ilə görüş keçirib28.07.2026 - 09:47
Mədəniyyət naziri Adil Kərimli Anarla görüş keçirib28.07.2026 - 09:37
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı28.07.2026 - 09:35
Nazir müavini: Attestasiya kadrların peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirir28.07.2026 - 09:27
Fərid Cəfərov: 1100-dən çox kitabxana əməkdaşının İT bacarıqları qiymətləndirilib28.07.2026 - 09:25
Ixtisas secimi ilə bağlı qərar verməzdən əvvəl Azərbaycan Universitetini yaxından tanıyın!28.07.2026 - 09:20
AzTU və “AZROKSAN” yüksəkixtisaslı kadr hazırlığı üzrə əməkdaşlığı genişləndirir28.07.2026 - 09:15
Azərbaycan dili üzrə ən yüksək nəticə göstərən məktəblər açıqlanıb – SİYAHI28.07.2026 - 09:07
ADMİU-da kadr hazırlığının təkmilləşdirilməsi: yeni ixtisaslaşmalar və təhsil proqramları28.07.2026 - 09:05
Nazir müavini: Məqsədimiz kitabxana xidmətlərini müasir standartlara uyğunlaşdırmaqdır28.07.2026 - 09:00
BMU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə geniş təhsil imkanları28.07.2026 - 09:00
ATMU-nun semestr üzrə ən uğurlu tələbələri - TANIYAQ28.07.2026 - 08:55
ADPU əməkdaşlarının tədqiqatları 20-dək beynəlxalq jurnalda dərc olunub28.07.2026 - 08:45
Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb28.07.2026 - 08:37
İran AzTV-ni "düşmən media" siyahısına daxil etdi: Mediadan reaksiya 28.07.2026 - 08:30
Dövlət Proqramının 51 qalibi bu universitetin məzunudur28.07.2026 - 08:20
Valideynlərin nəzərinə: bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır28.07.2026 - 08:15
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq28.07.2026 - 08:10
Magistraturanın ixtisas seçimi nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ28.07.2026 - 08:05
ADU-da Çin Xalq Azadlıq Ordusunun ildönümünə həsr olunan mühazirə keçirilib28.07.2026 - 08:00
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?28.07.2026 - 08:00
İnformasiya Texnologiyaları İnstitutu ilə Hesablama Palatası rəqəmsal əməkdaşlığı müzakirə edib28.07.2026 - 07:58
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Vasif Adıgözəlov anılır28.07.2026 - 07:53
Müəyyən komissiyalar üzrə qabiliyyət imtahanları davam edir28.07.2026 - 07:45
Magistratura imtahanında namizədlərin əksəriyyəti 40-45 bal topladı28.07.2026 - 07:35
Bir liseyin 9 məzunu xaricdə təhsil üzrə Dövlət Proqramına seçildi -FOTO28.07.2026 - 07:30
ADRA tələbələri Londonda peşəkar memarlıq proqramında iştirak ediblər28.07.2026 - 07:19
“Kür” sənədli film layihəsi Gürcüstanda beynəlxalq pitçinqin qalibi olub28.07.2026 - 07:15
Azərbaycanda küləkli hava günortadan etibarən zəifləyəcək28.07.2026 - 07:11
2030-cu ilədək milyonlarla yeni HİV yoluxması baş verə bilər28.07.2026 - 07:08
Sabahdan 5 məktəbdə 1-ci sinfə prioritetsiz qəbul aparılacaq28.07.2026 - 06:37
Naxçıvanda şəhid övladları üçün yay düşərgəsinə start verilib28.07.2026 - 06:15
"Mən yalnız uğurlu olsam dəyərliyəm..."-Klinik Psixoloq Şərafət Şirinli28.07.2026 - 05:59
Tələbəmiz Avropa ikincisi oldu28.07.2026 - 05:51
Odlar Yurdu Universiteti Kəlbəcərdə iki beynəlxalq elmi konfrans təşkil edəcək28.07.2026 - 05:42
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib28.07.2026 - 05:31
Sumqayıt Dövlət Universitetinin rektoru Polimer Materialları İnstitutunda olub28.07.2026 - 05:24
UFAZ əməkdaşı Strasburqda süni intellekt üzrə elmi əməkdaşlıq imkanlarını müzakirə edib28.07.2026 - 05:15