Bu gün “Tehsil365” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 3 il ötür.
“Tehsil365” xəbər verir ki, agentlik 2023-cü ilin 14 mart tarixində fəaliyyətə başlayıb.
“Tehsil365” İnformasiya Agentliyi təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan, türk, rus və ingilis dillərində operativ şəkildə ictimaiyyətə çatdırır.
Agentliyin əsas fəaliyyət istiqaməti təhsil xəbərləri olmaqla yanaşı, İKT, dünya xəbərləri, sağlamlıq, şikayətlər, hərbi təhsil, məktəbəqədər təhsil, hadisələr, mədəniyyət və digər kateqoriyalar üzrə də cəmiyyət üçün aktual, vacib və operativ xəbər materiallarının hazırlanması və dərc edilməsidir. Bu istiqamətlər üzrə il ərzində geniş oxucu auditoriyasına xitab edən, informativ və ictimai əhəmiyyət daşıyan xəbərlər paylaşılıb.
Yaranmasından cəmi 3 il keçməsinə baxmayaraq, “Tehsil365” İnformasiya Agentliyi bir sıra layihələrə də imza atıb. Bu layihələrə “Şəhidin səsi”, “Məktəbdə bir gün” və yeni layihə olan “Sətiraltı” proqramlarını misal göstərmək olar.
“Tehsil365” İnformasiya Agentliyi fəaliyyətini yüksək dinamika və məhsuldarlıqla davam etdirib. 3 il ərzində agentlik tərəfindən ümumilikdə 55 841 xəbər dərc olunub.
Bununla yanaşı, 2025-ci il ərzində könüllülük proqramları da aktiv şəkildə həyata keçirilib.
Birinci könüllülük proqramı çərçivəsində Allahverdiyeva Züleyxa, Gülgəz Qasımzadə, Əliyeva Ramidə və Nərminə Eyyubova müvəffəqiyyət sertifikatı ilə təltif olunublar.
İkinci könüllülük proqramı üzrə Quliyeva Rəşanə və Fatimə Quliyeva diplom, Şəbnəm Mirzəyeva, Türkan Kərimli, Zülfiyyə Məmmədova, Elnarə İslamova, İlhamə Nurəhmədova, Zəhra Feyzizadə və Aysu Məmmədli isə sertifikat ilə təltif olunublar.
Üçüncü könüllülük proqramı çərçivəsində Amidə Zeynalova, Gülbadam Cümşüdova və Abbasova Xədicə diplom, Paşayeva Aysel, Qarayeva Səma, İsmayılova Alsu, Könül Əskərova, Nərgiz Süleymanova və Nigar Rəhimova isə sertifikat ilə mükafatlandırılıblar.
Qeyd edək ki, Amidə Zeynalova könüllülük proqramında fərqli və aktiv fəaliyyəti ilə seçildiyinə görə hazırda “Tehsil365” İnformasiya Agentliyində icraçı direktor vəzifəsində fəaliyyət göstərir.

