2025–2026-cı tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahana 65 565 nəfər dəvət edilsə də, onlardan 54 043 nəfər imtahanda faktiki iştirak edib.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, imtahanda iştirak edənlərin payı 82,7 faiz təşkil edib. Beləliklə, 11 522 namizəd imtahanda iştirak etməyib.

