NASA aprel ayında reallaşması planlaşdırılan uçuşdan öncə SLS raketi və "Orion" kosmik gəmisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
“Tehsil365" xəbər verir ki, bu barədə NASA-nın rəsmi açıqlamasında bildirilir.
Qeyd olunur ki, "Artemis" layihəsinin məqsədi kosmonavtları Ay səthinin daha geniş ərazilərini öyrənmək üçün fəzaya göndərmək və gələcəkdə Marsa təşkil olunacaq insanlı uçuşlara zəmin yaratmaqdır.

