Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi “Galkynyş” (“Dirçəliş”) milli atüstü oyunlar qrupunu Azərbaycana dəvət etmişik. Bu qrupun üzvləri sanki dünya çempionlarıdır. Onların möhtəşəm proqramlarını izləyənlər böyük zövq alacaqlar.
“Tehsil365“ xəbər verir ki, bu barədə “Circus Sea Breeze” sirkinin rəhbəri, Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubu çərçivəsində sirk “Oskar”ı almış ilk azərbaycanlı Allahverdi İsrafilov “Galkynyş” qrupu (onlar 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləridir – müəllif) ilə möhtəşəm “Şərq Sirki” təqdimat mərasimi çərçivəsində açıqlama verib.
“Bu qrup Azərbaycana ilk dəfə gəlib. Xeyli danışıqlar apardıq, onları Bakıya gətirməyə nail olduq. “Galkynyş” qrupunun dünyada analoqu yoxdur. Bundan əlavə, bu qrupun etdiyi atüstü hərəkətləri dünyada yeganədir. Bu gün birinci gündür. Həmişəki kimi biz şəhid və qazı ailələrini dəvət etmişik. Martın 30-dək bu proqramlar davam edəcək. Hamınızı gözləyirik”, - deyə o qeyd edib.

