Təhsil 365 - Logo Mobile

Praqada “Cəngavər hərəkəti”

9514.03.2026 - 15:22
Praqada “Cəngavər hərəkəti”

Praqanın tarixi mərkəzində, Çexiyanın Xarici Əlaqələr İnstitutunda Azərbaycan şairi və dramaturqu Leyla Bəyimin “Cəngavər hərəkəti” pyesinin səhnələşdirilmiş oxunuşu olub.

Bu barədə “Tehsil365“ə pyesin müəllifi bildirib.

Tədbirin keçirildiyi məkan hadisəyə rəmzi xarakter verib. Xarici Əlaqələr İnstitutu 1928-ci ildə ölkənin ilk Prezidenti Tomaş Masarik tərəfindən təsis edilib. Yüz il boyunca institut mədəni dialoq və humanist ənənələrin əks olunduğu məkan kimi fəaliyyət göstərir.

Tamaşanın əvvəlində L.Bəyim pyesinin səhnələşdirilmiş oxunuşunun Xarici Əlaqələr İnstitutunda keçirilməsi təşəbbüsünə və təşkilinə görə institutun rəhbəri Hana Hlavaçkovaya minnətdarlığını bildirib.

Bu, Xarici Əlaqələr İnstitutunun üzvləri və qonaqları üçün təşkil edilən ikinci premyera idi. Birincisi ötən ilin noyabr ayında Praqadakı Azərbaycan Mədəniyyət Evində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

“Cəngavər hərəkəti” pyesi şahmat oyununun faciəvi metaforası kimi qurulub. Əsər aralarında Orxan Camal da olmaqla, Mərkəzi Afrika Respublikasında jurnalistlərin həlak olması barədə xəbər ilə başlayır.

Bu faciə XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın taleyini əks etdirən güzgüyə çevrilir, O.Camal isə onun ata tərəfinin nəslindən idi.

Hadisə tamaşaçını ozamankı Tiflisə, Bakıya və Şuşaya götürür. Süjet Natəvanın həyat yoldaşı knyaz Xasay Xan Usmiyevin hekayəsi üzərində qurulur. O, çardan xalqını doğma torpaqlarından köçürmək, faktiki olaraq qovmaq əmri aldıqdan sonra gözlənilməz “cəngavər hərəkəti” edir. Lakin böyük siyasi oyunda hətta qalibiyyətli bir hərəkət belə bəzən ölümcül ola bilər.

Səhnə oxunuşu rejissoru Kristof Noxinek tərəfindən qurulub. Tamaşada çexiyalı aktyorlar iştirak ediblər. Səhnə dizaynı rəssam Heyran Mustafa-zadə tərəfindən yaradılıb.

Pyesi Çex dilinə tanınmış şair və tərcüməçi Milan Dvorjak tərcümə edib.

Mehriban İbadova

Xəbər Lenti

Tədqiqatçılar xəbərdarlıq edir: uşaqlar üçün süni intellekt oyuncaqları emosiyaları səhv anlaya bilər15.03.2026 - 20:00
Azərbaycan və Liviya arasında diplomatik münasibətlərin qurulmasından illər ötür15.03.2026 - 20:00
Meteohəssas insanları nə gözləyir?15.03.2026 - 19:55
Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir15.03.2026 - 19:45
Çin orbitə məsafədən zondlama peyki buraxıb15.03.2026 - 19:37
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 19:28
Bağça seçərkən valideynlər nələrə diqqət etməlidir?15.03.2026 - 19:20
Məktəbdə bullinq uşağın psixologiyasına hansı təsirləri göstərir?15.03.2026 - 19:12
Qaçış həvəskarları üçün vacib xəbərdarlıq15.03.2026 - 19:05
Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd15.03.2026 - 18:58
Martın 16-sı ilə bağlı XƏBƏRDARLIQ15.03.2026 - 18:55
Müdafiə Nazirliyi ötən həftənin icmalını təqdim edib15.03.2026 - 18:54
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə15.03.2026 - 18:48
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib15.03.2026 - 18:45
Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT15.03.2026 - 18:44
Sabah yağış yağacaq15.03.2026 - 18:39
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb15.03.2026 - 18:35
Kəlbəcərdə ilk dəfə buraxılış imtahanı keçirilir15.03.2026 - 18:34
Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda15.03.2026 - 18:28
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 18:25
4 nəfər imtahandan XARİC EDİLİB15.03.2026 - 18:24
İmtahanının cavabları bu tarixdə AÇIQLANACAQ 15.03.2026 - 18:18
Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi15.03.2026 - 18:15
Dövlət qulluğu üzrə test imtahanı keçirilir15.03.2026 - 18:14
Dağlıq Şirvan üzrə “Ən yaxşı təqdimat müsabiqəsi”nin qalibləri15.03.2026 - 18:08
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq15.03.2026 - 18:04
Baş onkoloq həyəcan təbili çaldı15.03.2026 - 18:00
Qarabağ regionu üzrə məntiq olimpiadası və fənn müsabiqəsində 2166 şagird iştirak edib15.03.2026 - 18:00
Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi15.03.2026 - 17:58
ABŞ-ın Vitse-prezidenti Dr. Pərvin Əkbərovu təltif etdi15.03.2026 - 17:55
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib15.03.2026 - 17:52
Süni intellekt Misir piramidalarının necə yarandığını ortaya çıxardı - Onları kim tikib?15.03.2026 - 17:50
Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb15.03.2026 - 17:48
Qəhvə qan təzyiqinə görün necə təsir edir15.03.2026 - 17:45
Şimal-qərb bölgəsinin məktəbliləri məntiq olimpiadası və fənn müsabiqələrində biliklərini sınayıblar15.03.2026 - 17:44
Gənclər danışır, biz dinləyirik: Parçalanma əvəzinə həmrəyliyə, müharibə əvəzinə sülhə nail olmalıyıq15.03.2026 - 17:38
Bakıda ilk dəfə olaraq Türkmənistanın əfsanəvi "Qalkınış" atçılıq şousu keçirilib15.03.2026 - 17:35
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb15.03.2026 - 17:32
Pişiklər bizim görmədiyimiz nəyi görür?15.03.2026 - 17:30
Gözlərdə bulanıqlaşma nədən xəbər verir?15.03.2026 - 17:25
Sözün və sazın izində: Aşıq Şəmşir – 13315.03.2026 - 17:24
11-ci siniflərin buraxılış imtahanı keçirildi15.03.2026 - 17:20
Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub15.03.2026 - 17:18
Yuxu pozuntularının sağlamlığa təsiri15.03.2026 - 17:15
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib15.03.2026 - 17:12
10 min heyvan dondurularaq xüsusi anbarda saxlanılacaq15.03.2026 - 17:10
Faydasızdır, həm də ziyanlı15.03.2026 - 17:05
Koxlear implantlı şəxslərə dövlət dəstəyi: Azərbaycanda ilk milli forum15.03.2026 - 17:04