Beynəlxalq alimlər qrupu sümüklərin möhkəmliyini tənzimləyən əsas mexanizmi aşkar edib. Araşdırma göstərib ki, sümük toxumasının formalaşmasında GPR133 adlı hüceyrə reseptoru mühüm rol oynayır.
“Tehsil365“ xəbər verir ki, tədqiqat "Signal Transduction and Targeted Therapy" jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, AP503 maddəsi bu reseptoru aktivləşdirərək sümüklərin möhkəmliyini artırır. Qeyd olunur ki, bu, osteoporozun inkişafının zəiflədə bilər. Bu maddə osteoblastların - yeni sümük toxuması yaradan hüceyrələrin fəaliyyətini gücləndirir.
Təcrübələr hələlik siçanlar üzərində aparılıb. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, eyni mexanizm insanlarda da işləyə bilər və gələcəkdə osteoporozun müalicəsi üçün yeni preparatların hazırlanmasına imkan verə bilər.

