Azərbaycan tamaşaçısının səmimiyyəti və isti münasibəti bizi təsirləndirib. Tamaşaçılar proqramı böyük maraqla izləyiblər. Gələcəkdə Azərbaycana bir daha gəlmək və burada yeni proqramlarla çıxış etmək istəyərik.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, bunu açıqlamasında Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun duetinin nümayəndəsi Sergey Kolqanov deyib. O vurğulayıb ki, ümumilikdə altı nömrədən ibarət proqramla çıxış ediblər.
“Biz 30 ildir ki, səhnədəyik. Azərbaycana ilk dəfə gəlmişik. Hər yeni şəhərdə səhnəyə çıxanda eyni həyəcan hissini yaşayırıq”,- deyə S.Kolqanov əlavə edib.
https://video.azertag.az/site/video/303343

