Təhsil 365 - Logo Mobile

Beynəlxalq simpozium: Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər

9814.03.2026 - 17:55
Beynəlxalq simpozium: Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər

Martın 13-14-də Bakıda Milli Onkologiya Mərkəzi (MOM), Azərbaycan Onkoloqlar Cəmiyyəti və Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qalxanabənzər vəzi xərçənginin diaqnostika və müalicəsində qlobal perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, martın 14-də keçirilən beynəlxalq simpoziumun açılış mərasimində Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək ölkədə onkologiya sahəsinin inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Professor Əziz Əliyev bildirib ki, 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. Uşaq Onkologiyası Klinikası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə istifadəyə verilib. Respublikada ilk dəfə robotik cərrahiyyə əməliyyatları Milli Onkologiya Mərkəzində baş direktor akademik Cəmil Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilib.

Ə.Əliyev qeyd edib ki, 2020–2025-ci illərdə Milli Onkologiya Mərkəzinə ümumi müraciətlərin sayı 1 milyonu ötüb. Bu müddət ərzində mərkəzdə 235 minə yaxın xəstə müalicə alıb, 50 minə yaxın əməliyyat icra olunub. Şüaterapiya alan xəstələrin sayı 18 mindən çox, kimyaterapiya alan xəstələrin sayı isə 32 minə yaxın olub. Göstərilən kimyaterapiya xidmətlərinin ümumi sayı isə 200 minə yaxınlaşıb. Azərbaycanda kişilər arasında ağciyər, mədə və kolon xərçəngləri daha çox rast gəlinir. Qadınlarda isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngi ilk üçlükdə yer alır.

Çıxışı zamanı Ə. Əliyev qalxanabənzər vəzi xərçənginin cərrahi müalicə taktikaları və müalicə yanaşmaları barədə geniş şəkildə məlumat verib.

Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi, professor Françesko Giammarile agentliyin onkoloji xidmətlərin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə ABŞ-nin Mayami Xərçəng Tədqiqat Mərkəzinin direktoru, HCA Florida Aventura hospitalının cərrahi onkologiya şöbəsinin rəhbəri, professor Seza Güleç, Türkiyədən dəvət olunmuş mütəxəssislər - professor Alptekin Gürsoy və professor Seyfettin Ilgan, həmçinin MOM-un Nüvə təbabəti və radionuklid terapiya bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov, o cümlədən mərkəzin və digər səhiyyə ocaqlarının mütəxəssisləri maraqlı məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı radioaktiv yod terapiyası, teranostik risk stratifikasiyası və yerli təcrübədə tətbiq olunan yeni trendlər diqqət mərkəzində olub.

Tədbir zamanı, həmçinin professor Əziz Əliyevə Mayami Xərçəng Tədqiqatı Mərkəzi tərəfindən Cərrahiyyə sənəti və elmindəki ustalığının tanınması üçün “Cərrahi sağalma mükafatı” təqdim edilib.

Mayami Xərçəng Tədqiqat Mərkəzi xərçənglə mübarizədə elmi tədqiqatlar aparan, təhsil və xəstələrə dəstək proqramları təşkil edən beynəlxalq səviyyəli mərkəzdir.

Onun fəaliyyəti xərçəng sahəsində elmi təcrübənin genişlənməsinə, müasir yanaşmaların formalaşmasına və xəstələr üçün daha effektiv müalicə imkanlarının inkişafına yönəldilib.

Qeyd edək ki, simpozium çərçivəsində martın 13-də Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzində ustad dərsləri təşkil olunub. Praktik vərdişlərin təkmilləşdirilməsinə həsr olunan təlimlərdə qalxanabənzər vəzi düyünlərinin USM müşayiəti ilə biopsiyası, boyun limfa düyünlərinin dəyərləndirilməsi, beynəlxalq sinifləndirmə sistemi kimi mövzular əhatə olunub. Ekspertlərin iştirakı ilə keçirilən praktik kursda iştirakçılar klinik tapşırıqları icra etmiş və real keyslər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu tədbir geniş təcrübə mübadiləsi, elmi və praktik yeniliklərin öyrənilməsi baxımından yerli və xarici mütəxəssislərin böyük marağına səbəb olub. Simpozium iştirakçılarının ümumi rəyinə görə, tədbir müasir müalicə və diaqnostika üsullarının müzakirəsi baxımından effektiv platforma rolunu oynayıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 19:22
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 19:14
Onlayn təhsil uşaqların psixoloji inkişafına necə təsir edib?14.03.2026 - 19:08
Tələbələrdə dərs motivasiyasının azalmasının əsas səbəbləri nədir?14.03.2026 - 19:05
Tələbələrin psixoloji problemləri və universitet mühiti – Psixoloqla müsahibə14.03.2026 - 19:02
“GİNius” intellektual yarışının növbəti yarımfinalçıları müəyyənləşib14.03.2026 - 19:00
14 mart dünyada Pi günüdür14.03.2026 - 18:58
Sabah Bakıda 13 dərəcə isti olacaq14.03.2026 - 18:52
Bakıda “Səmaya yüksələnlər” şousu- Video 14.03.2026 - 18:50
16 hindistanlı tələbə İrandan Azərbaycana təxliyə edildi14.03.2026 - 18:44
Dünyanı heyran edən “Galkynyş” qrupu “Circus Sea Breeze”də çıxış edib14.03.2026 - 18:40
Sabah 62 mindən çox şagird imtahan VERƏCƏK14.03.2026 - 18:36
Alimlər yeni kimyəvi reaksiyanı müəyyən ediblər14.03.2026 - 18:28
İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar14.03.2026 - 18:24
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 18:20
Asteroidlər arasında toz və qaya mübadiləsi baş verir14.03.2026 - 18:18
BMU-da generativ süni intellekt mövzusunda təlim14.03.2026 - 18:14
Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib14.03.2026 - 18:10
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq14.03.2026 - 18:08
Alimlər “superuzunömürlülərin” məşhur yaddaşının ehtimal olunan sirrini açıqlayıblar14.03.2026 - 18:05
Jurnalistin oğlu məşhur universitetin ilk azərbaycanlı doktorantı olub 14.03.2026 - 18:02
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 18:00
Şəkidə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub14.03.2026 - 17:56
Ordudan səhiyyəyə: Süni intellekt dünyanı necə yenidən qurur? 14.03.2026 - 17:55
Naxçıvanda meşəsalma layihəsi: 6 min 500 ədəd tut və aylant tingi əkilib14.03.2026 - 17:52
Dünyaca məşhur film haqqında 6 maraqlı fakt14.03.2026 - 17:51
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:50
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb14.03.2026 - 17:45
Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb14.03.2026 - 17:44
Bu gecə Yer kürəsi vurulacaq14.03.2026 - 17:40
Gürcüstandakı azərbaycandilli məktəblərin vəziyyəti müzakirə edildi14.03.2026 - 17:38
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir14.03.2026 - 17:38
Ağdaşda ilk dəfə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub14.03.2026 - 17:35
Bakı bulvarı bahara bu dəfə tamam fərqli hazırlaşıb 14.03.2026 - 17:32
İlin ən pis filmləri və aktyorları açıqlandı14.03.2026 - 17:32
Bakı bulvarı bahar nəfəsində14.03.2026 - 17:30
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb14.03.2026 - 17:28
Şəki teatrı bayram günlərində uşaqlara “Dovşanın ad günü” tamaşasını təqdim edəcək14.03.2026 - 17:25
WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub14.03.2026 - 17:24
İstirahət günü hava necə olacaq?14.03.2026 - 17:20
Gənc istedadların təqdimatında “Novruz xonçası”14.03.2026 - 17:18
Tünzalə Əzizli: “Ət xalları xoş xassəli dəri törəmələridir”14.03.2026 - 17:15
Nahid Ağayev: “Səmaya yüksələnlər” şousunda hər nömrə tamaşaçıları möcüzələrlə dolu dünyaya aparır14.03.2026 - 17:12
Ramin Nurəliyev: “Valideynlər və tələbələr diplomların tanınması məsələsinə diqqətlə yanaşmalıdır”14.03.2026 - 17:05
Praqada “Cəngavər hərəkəti”14.03.2026 - 17:04
Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...14.03.2026 - 17:00
Tarixi karvansaranın ətrafında təmizlik işləri aparılıb14.03.2026 - 16:55