Son dövrlərdə tələbələr arasında dərs motivasiyasının azalması tez-tez müzakirə olunan məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, bu problem yalnız akademik çətinliklərlə deyil, həm də psixoloji və sosial amillərlə bağlı ola bilər.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, tələbələrdə motivasiyanın azalmasının əsas səbəblərindən biri məqsəd və istiqamətin aydın olmamasıdır: “Bəzi tələbələr seçdikləri ixtisasın onların maraq və qabiliyyətlərinə uyğun olub-olmadığını zamanla dərk edirlər. Bu isə dərsə marağın azalmasına səbəb ola bilər.”
Mütəxəssis qeyd edib ki, akademik yük və stress də motivasiyaya təsir edən mühüm amillərdəndir: “Davamlı tapşırıqlar, imtahanlar və yüksək gözləntilər tələbələrdə psixoloji gərginlik yarada bilər. Bu vəziyyət isə zamanla yorğunluq və motivasiya azalması ilə nəticələnə bilər.”
Psixoloq əlavə edib ki, sosial şəbəkələr və texnologiyanın həddindən artıq istifadəsi də diqqətin dağılmasına səbəb olur: “Uzun müddət sosial mediada vaxt keçirmək tələbələrin dərsə fokuslanmasını çətinləşdirə bilər.”
Onun sözlərinə görə, sosial dəstək və düzgün vaxt planlaşdırması bu problemin həllində mühüm rol oynayır: “Tələbələrin həm akademik, həm də sosial həyat arasında balans yaratması, həmçinin psixoloji dəstək xidmətlərindən istifadə etməsi motivasiyanın qorunmasına kömək edə bilər.”

