Təhsil 365 - Logo Mobile

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

10415.03.2026 - 12:22
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə bildiriblər ki, imtahanda 62 min 33 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

Zəhra Əliyeva

Xəbər Lenti

Yuxu pozuntularının sağlamlığa təsiri15.03.2026 - 17:15
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib15.03.2026 - 17:12
10 min heyvan dondurularaq xüsusi anbarda saxlanılacaq15.03.2026 - 17:10
Faydasızdır, həm də ziyanlı15.03.2026 - 17:05
Koxlear implantlı şəxslərə dövlət dəstəyi: Azərbaycanda ilk milli forum15.03.2026 - 17:04
Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər15.03.2026 - 17:00
Süni intellekt insanları daha uzun müddət işləməyə məcbur edir15.03.2026 - 16:55
COVİD-19-la bağlı yeni araşdırma: Pandemiyaların mənşəyi ilə bağlı şok fakt15.03.2026 - 16:50
iPhone istifadəçilərinin NƏZƏRİNƏ: təcili iOS-u yeniləyin15.03.2026 - 16:45
Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər15.03.2026 - 16:40
7 saatlıq yuxu ilə özünüzü diabetdən qoruyun15.03.2026 - 16:35
ATU-da yaşıl texnologiya və startap ideyalarını birləşdirən müsabiqə keçiriləcək15.03.2026 - 16:35
İtaliyada maraqlı arxeoloji tapıntı 15.03.2026 - 16:30
"Bir Könüllü" qrant müsabiqəsində qalib olub15.03.2026 - 16:25
Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün - Araşdırma 15.03.2026 - 16:25
Sabah güclü külək əsəcək, yağış yağacaq15.03.2026 - 16:18
İçməli suda gizli təhlükə: Antibiotiklərə davamlı bakteriyalar yayılır15.03.2026 - 16:15
Etibar Əliyev: “Azərbaycan təhsil sistemində nəzərdə tutulan islahatların böyük hissəsi icra olunmayıb”15.03.2026 - 16:05
İspaniyada orta əsrlərə aid qalanın qülləsi uçdu 15.03.2026 - 16:05
Alimlərdən mikroplastiklə bağlı yeni tədqiqat: İmmun sisteminə zərər vururmuş15.03.2026 - 16:00
Alimlər insanın bioloji yaşını ölçən yeni üsulu açıqladılar15.03.2026 - 15:50
İtaliyada maraqlı arxeoloji tapıntı15.03.2026 - 15:40
Qamətin əyilməsi və səhərlər yorğun oyanmağın ortaq səbəbləri15.03.2026 - 15:30
"Real" TV-nin səkkiz yaşı tamam olur15.03.2026 - 15:20
Azərbaycanda 60 mindən çox şagird buraxılış imtahanı verib - Nəticələr nə vaxt aşıqlanacaq ?15.03.2026 - 15:10
Şimal-qərb bölgəsinin məktəbliləri məntiq olimpiadası və fənn müsabiqələrində biliklərini sınayıblar15.03.2026 - 15:00
İki soydaşımız Gürcüstan çempionu olub15.03.2026 - 14:10
Azərbaycanın 3x3 basketbol millisi Çempionlar Kubokunda gümüş medal qazanıb15.03.2026 - 13:53
Gümüş medal qazanan güləşçi: Rusiyalı idmançıdan revanş alacağam15.03.2026 - 13:43
Ahıllar evinin sakinlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər15.03.2026 - 13:32
Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi15.03.2026 - 13:21
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb15.03.2026 - 13:10
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib15.03.2026 - 12:55
Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb15.03.2026 - 12:44
Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub15.03.2026 - 12:33
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək15.03.2026 - 12:10
“Buraxılış imtahanlarında riyaziyyat şagirdlər üçün çətinlik yaradır” - Arif Əliyev 15.03.2026 - 09:56
“İmtahan stressi şagirdlərin diqqətinə təsir edir” - Psixoloqdan açıqlama 15.03.2026 - 09:44
Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir15.03.2026 - 09:41
Ürəkbulanmasını keçirən təbii üsullar15.03.2026 - 09:30
Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir15.03.2026 - 09:21
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı15.03.2026 - 09:12
Yataq otağının temperaturunun ürək sağlamlığına təsiri15.03.2026 - 09:00
Alimlərdən mikroplastiklə bağlı yeni tədqiqat15.03.2026 - 08:50
İlon Maskdan yeni addım: "Tesla" süni intellekt çipləri istehsal edəcək15.03.2026 - 08:43
Mark Zukerberqin süni intellekt planı: "Meta"da kütləvi ixtisarlar gözlənilir15.03.2026 - 08:35
Beyni gəncləşdirən vasitələr15.03.2026 - 08:25