İspaniyanın Kastiliya-La-Mança muxtar bölgəsində yerləşən Eskalona orta əsr qalasının qüllələrindən biri uçub.
“Tehsil365“ xəbər verir ki, bu barədə EFE agentliyi bələdiyyə rəhbəri Alvaro Qutyerresə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qalanın girişində yerləşən qüllə yerli vaxtla saat 10:30-da uçub. Bu zaman turistlər hələ əraziyə gəlmədiyi üçün daha ciddi nəticələr baş verməyib. Lakin yaxınlıqda park edilmiş bəzi avtomobillərə ziyan dəyib.
Bələdiyyə rəhbəri bildirib ki, XV əsrdə tikilmiş qalanın ziyanı qiymətləndirilənə qədər obyekt yaxın həftələrdə turistlər üçün bağlanacaq.

