Təhsil 365 - Logo Mobile

Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb

7415.03.2026 - 17:48
Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) martın 15-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Qax və Balakən rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

“Tehsil365” xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Qaxda 2, Balakəndə isə 3 mərkəz olmaqla, ümumilikdə 10 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3, 4 nömrəli tam orta məktəblərdə və Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə, həmçinin Balakən şəhər 1, 3 nömrəli və Hənifə kənd tam orta məktəblərdə təşkil olunub.

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1241 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 119 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 98 zal ayrılıb.

Qaxda keçirilən buraxılış imtahanında 562 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 56 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 47 zal ayrılıb.

Balakən rayonunda keçirilən və 770 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 11 imtahan rəhbəri və 77 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 64 zal ayrılıb.

Buraxılış imtahanları 11:00-da başlayıb və 3 saat davam edib.

Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri Qoşqar Əliyev bildirib ki, 336 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 5 rəhbər və 31 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün binada 26 zal ayrılıb.

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün o, imtahandan xaric edilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği16.03.2026 - 19:55
​​Aprelin 5-də imtahan keçiriləcək16.03.2026 - 19:48
Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı16.03.2026 - 19:00
DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb16.03.2026 - 18:58
Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib16.03.2026 - 18:54
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq16.03.2026 - 18:50
Məktəblərdə neçə gün dərs olmayacaq?16.03.2026 - 18:48
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib16.03.2026 - 18:44
Məktəblərdə 11 gün dərs olmayacaq16.03.2026 - 18:40
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib16.03.2026 - 18:38
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək16.03.2026 - 18:38
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb16.03.2026 - 18:34
Ali məktəblərə qəbul imtahanının II cəhdi- Bu tarixdə olacaq16.03.2026 - 18:30
Bakıda duman müşahidə olunub16.03.2026 - 18:28
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub16.03.2026 - 18:24
Psixoloq Mətanət Əliyeva: İş və şəxsi həyat balansının pozulması psixoloji problemlərə səbəb olur16.03.2026 - 18:20
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT16.03.2026 - 18:17
Külək güclənəcək - XƏBƏRDARLIQ16.03.2026 - 18:14
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 18:10
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır16.03.2026 - 18:07
Qazax məktəblisi Azərbaycan çempionu oldu16.03.2026 - 18:02
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Seyidov Əliyə həsr olunacaq16.03.2026 - 18:00
MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər16.03.2026 - 18:00
Kənd məktəbindən olimpiada finalına yüksəldilər16.03.2026 - 17:55
Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi16.03.2026 - 17:53
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib16.03.2026 - 17:52
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 17:46
STEAM'ool olimpiadasına qeydiyyat başladı16.03.2026 - 17:45
Azərbaycan xalçalarının “ikinci həyatı”16.03.2026 - 17:44
Gələn ildən imtahanların hamısı bir gündə keçirələcək ?16.03.2026 - 17:43
Dünyaşöhrətli azərbaycanlı cazmen16.03.2026 - 17:38
Virciniyada Azərbaycan dili təqaüd proqramının məzunlarına sertifikatlar verilib16.03.2026 - 17:35
Bəşəri ideallar şairi Xaqani Şirvani16.03.2026 - 17:34
Çin “Nvidia” və TSMC çiplərinə alternativ yaradır16.03.2026 - 17:33
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb16.03.2026 - 17:28
“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib16.03.2026 - 17:25
Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti16.03.2026 - 17:24
“Tibbi təhsil və fəaliyyət – Adil Qeybullanın baxışı”16.03.2026 - 17:23
BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı16.03.2026 - 17:18
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb16.03.2026 - 17:15
“Akademik yazıya müasir baxış” - təlim16.03.2026 - 17:14