Təhsil 365 - Logo Mobile

Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi

7815.03.2026 - 17:58
Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi

Qəbələ şəhəri Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin V “a” sinif şagirdi Alixan Babayevin köklənməyən pianoda möhtəşəm ifası sosial şəbəkələrdə maraqla izlənən videolar sırasındadır.

“Tehsil365" xəbər verir ki, Alixan hazırda Qəbələ şəhər Uşaq İncəsənət məktəbinin II sinif şagirdidir. Onun musiqiyə olan marağı sinif yoldaşlarının deyil, təhsil aldığı məktəb kollektivinin də diqqətindən yayınmayıb.

Bir müddət əvvəl onun oxuduğu təhsil ocağına yeni piano gətiriblərmiş. Bu səbəbdən musiqi aləti köklənməyib. Lakin Alixan fürsət taparaq sinif yoldaşlarına öz məharətini, bacarığını nümayiş etdirib. Onun bu ifasını telefon yaddaşına köçürən müəllimlərdən biri Alixanın istedadını yüksək qiymətləndirib. Qısa müddətdə sinif yoldaşları və məktəb kollektivi arasında məşhurlaşan Alixan ölkədə də tanınıb.

Adəti üzrə o, incəsənət məktəbinə gələndə də dərslərdən əvvəl belə ifaları çox sevir. Öyrəndiyi hər bir notu, musiqi nömrəsini dəfələrlə ifa edərək, müəllimin verdiyi tapşırığı dəqiqliklə yerinə yetirməyə çalışır.

Alixanla dərsarası fasilədə söhbətləşirik. Musiqiyə böyük maraq və həvəs göstərdiyini, müəllimin verdiyi notları öyrənməyi çox sevdiyini bildirir. “İki il əvvəl buraya gələndə musiqi haqda təsəvvürüm az idi. Lakin burada bütün müəllimlər mənə musiqinin gözəlliyini öyrədərək sevdirdilər”- deyən balaca pianoçu ixtisas müəllimi Kəmalə Kərimovaya xüsusi minnətdarlığını bildirir. Çünki Kəmalə xanım onunla dərsdən əlavə vaxtlarda da məşğul olaraq, notları mükəmməl öyrənməsi və ifa etməsi üçün bütün köməyini əsirgəmir.

Təhsildə olduğu kimi, musiqi həyatında da öyrənməyə maraqlı olan balaca Alixan məktəbdəki ifasını belə xatırlayır: “Mənim ən çox sevdiyim əsərlərdən biri Motsarta məxsusdur. Onu ifa etmək istəyirdim. Sinif yoldaşlarıma dedim ki, gəlin birlikdə gedib ifa edək. İlk notlardan hiss etdim ki, piano köklənməyib. Lakin sinif yoldaşlarıma verdiyim sözü geri götürə bilməzdim. Bütün qüvvəmi cəmləyib ifaya başladım və deyəsən alındı”.

Uşaq incəsənət məktəbində Alixan ilk gündən piano ixtisasından dərs deyən Kəmalə Kərimovanın sinfinə yazılıb. Şagirdinin dərslərə məsuliyyətlə yanaşdığını deyən müəllim onun verilən tapşırıqları da məsuliyyətlə yerinə yetirdiyini bildirir. Kəmalə xanım onu da əlavə edir ki, Alixana güvənir və bu ildən onu festivallara hazırlayacaq. O, həmçinin Alixanın ritmik və səs potensialı duyumunu yüksək qiymətləndirir.

Uşaq incəsənət məktəbinin 55 ildən artıqdır fəaliyyət göstərdiyini deyən məktəbin direktoru Əhməd Qəniyev belə istedadlı uşaqların az olmadığını bildirib. O əlavə edib ki, hazırda kollektivdə çalışanların əksəriyyəti elə bu incəsənət məktəbinin yetirmələridir. “Məktəbimiz 1969-cu ildən fəaliyyət göstərir. İlk dəfə 3 ixtisas, 5 müəllimlə fəaliyyətə başlamışıq. Hazırda məktəbimizdə 9 ixtisas üzrə 55 müəllim şagirdlərə musiqinin sirlərini öyrədir. Müəllimlərimizn 90 faizi məktəbimizin yetirmələridir. Məktəbimizdə istedadlı şagirdlərimiz çoxdur.

Direktor söyləyib ki, Qəbələ festivallar şəhəri kimi tanınır və hər il bu şəhərdə bir neçə beynəlxalq musiqi festivalı keçirilir. “İmkan, şərait olduqca məktəbin kollektivi ilə yaradıcı insanların görüşləri, yaxud ustad dərsləri təşkil olunur ki, bu da uşaqların musiqi duyumunun, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. İnanmaq istərdik ki, Alixan da qarşıdakı illərdə Qəbələ musiqi festivalında səhnəyə professional ifaçı kimi çıxacaq və ölkəmizi layiqincə təmsil edəcək”, - deyə o vurğulayıb

Nərmin Mustafayeva

Xəbər Lenti

Bağanis-Ayrım qətliamının ildönümü anılır24.03.2026 - 05:18
Naiq Yusifovın xatirəsi anılır24.03.2026 - 05:06
Pəncəli Teymurovın xatirəsi anılır24.03.2026 - 04:54
Qənirə Paşayevaın xatirəsi anılır24.03.2026 - 04:36
Həsənağa Turabovın xatirəsi anılır24.03.2026 - 04:18
Almas İldırım Mühacirətdə Doğan Azadlıq Səsi24.03.2026 - 04:00
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari23.03.2026 - 19:54
Sabah Azərbaycanda 23 dərəcə isti olacaq23.03.2026 - 19:44
Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi23.03.2026 - 19:36
Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib23.03.2026 - 19:30
“Erkən yaşda telefon və planşet istifadəsi uşağın inkişafına necə təsir edir?” – Məktəbəqədər təhsil eksperti açıqladı23.03.2026 - 19:22
Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır23.03.2026 - 19:15
İranda hücumların acı nəticələri: 210 uşaq həyatını itirib, 1510-u yaralanıb23.03.2026 - 19:08
Şagirdlər 17 gün də evdə olacaq - SƏBƏB23.03.2026 - 19:04
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir23.03.2026 - 19:00
Sosial şəbəkələr və texnologiya tələbələrin diqqətinə və dərsə marağına necə təsir edir? 23.03.2026 - 18:56
Rusiyada bu müəllİflərin kitablarına xüsusi etiket vurulacaq23.03.2026 - 18:55
Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar23.03.2026 - 18:51
Azərbaycanda ən dəqiq vaxt buradadır23.03.2026 - 18:50
Sabah hava necə olacaq?23.03.2026 - 18:46
Leyla Əliyevanın himayəsi ilə “FotoBax” adlı milli foto-müsabiqəyə start verilir23.03.2026 - 18:45
Uzun mətnlər yazanlarda bu xəstəlik ola bilər23.03.2026 - 18:41
Bu ölkədə “ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 18:40
Ştutqartdakı Azərbaycan Evində Novruz şənliyi23.03.2026 - 18:36
Yatmazdan əvvəl idman zərərlidir23.03.2026 - 18:35
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar23.03.2026 - 18:31
Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma23.03.2026 - 18:30
İranlılardan alınan 550 saat23.03.2026 - 18:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq23.03.2026 - 18:23
Dünyanın ən xoşbəxt ölkələri23.03.2026 - 18:20
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ23.03.2026 - 18:18
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU-da23.03.2026 - 18:14
Süni intellekt zəlzələsi – İlin əvvəlindən bu yana 45000 nəfər işsiz qaldı23.03.2026 - 18:10
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub23.03.2026 - 18:08
3 günün geomaqnit PROQNOZU23.03.2026 - 18:04
Rəqəmsal qocalma - smartfon və kompüterlər dərinin vəziyyətinə necə təsir edir?23.03.2026 - 18:00
Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verilir23.03.2026 - 17:55
Vəfat edən gənc GDU-nun məzunu olub23.03.2026 - 17:52
Putin azərbaycanlı alimi təltif edib23.03.2026 - 17:48
“ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 17:45
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir23.03.2026 - 17:44
5 dəqiqəlik yuxunun sağlamlığa faydası23.03.2026 - 17:41
Zehni fəaliyyət bu xəstəliyi ləngidir23.03.2026 - 17:40
Nobelçi alim vəfat edib23.03.2026 - 17:38
Kərə yağı xərçəngdən ölüm riskini artırır23.03.2026 - 17:38
Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb23.03.2026 - 17:35
Müharibəyə rəğmən Kiyevdə Novruz coşqusu yaşanıb23.03.2026 - 17:34
Novruz adət-ənənələrinə xüsusi ehtiram23.03.2026 - 17:30