Təhsil 365 - Logo Mobile

Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd

7515.03.2026 - 18:58
Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd

1954-cü ilin fevralında həbs olunması ərəfəsində Mir Cəfər Bağırovun Moskvaya - Partiya Nəzarət Komitəsinə geniş izahatı var.

“Tehsil365" xəbər verir ki, bu barədə yazıçı Firuz Mustafa sosial şəbəkə hesabında yazıb.

"Orada Səməd Vurğunla bağlı yazır: "Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı. 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı.

Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir" ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52)", - yazıçı qeyd edib.

F.Mustafa professor Cəmil Həsənlinin Səməd Vurğunun SSRİ YB-nin 2-ci qurultayında (1954) çəkilmiş nadir şəklini təqdim etməsini də xatırladıb və sözügedən arxiv materialını da tarixçi alimin üzə çıxardığını bildirib.

"Yeri gəlmişkən, burada M.C.Bağırovun bir yalanını faş etmək istəyirəm. Belə ki, Bağırovun iddiası uydurmadır. Abbas Mirzə heç vaxt Səməd Vurğunun heç bir pyesində, o cümlədən "Fərhad və Şirin" pyesində Xosrov rolunu oynamayıb. Yəni həmin əsər tamaşaya qoyulanda artıq Abbas Mirzə həyatda yox idi. Pyes 1941-ci ildə yazılıb, səhv etmirəmsə, bir il sonra tamaşaya qoyulub, Abbas Mirzə isə 1938-ci ildə güllələnib. Bəs Bağırov niyə belə deyib? Bu, ya onun savadsızlıqdan, ya da atdığı böhtanın təsirini artırmaq məqsədi güdməsindən irəli gəlib", - yazıçı əlavə edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bağanis-Ayrım qətliamının ildönümü anılır24.03.2026 - 05:18
Naiq Yusifovın xatirəsi anılır24.03.2026 - 05:06
Pəncəli Teymurovın xatirəsi anılır24.03.2026 - 04:54
Qənirə Paşayevaın xatirəsi anılır24.03.2026 - 04:36
Həsənağa Turabovın xatirəsi anılır24.03.2026 - 04:18
Almas İldırım Mühacirətdə Doğan Azadlıq Səsi24.03.2026 - 04:00
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari23.03.2026 - 19:54
Sabah Azərbaycanda 23 dərəcə isti olacaq23.03.2026 - 19:44
Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi23.03.2026 - 19:36
Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib23.03.2026 - 19:30
“Erkən yaşda telefon və planşet istifadəsi uşağın inkişafına necə təsir edir?” – Məktəbəqədər təhsil eksperti açıqladı23.03.2026 - 19:22
Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır23.03.2026 - 19:15
İranda hücumların acı nəticələri: 210 uşaq həyatını itirib, 1510-u yaralanıb23.03.2026 - 19:08
Şagirdlər 17 gün də evdə olacaq - SƏBƏB23.03.2026 - 19:04
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir23.03.2026 - 19:00
Sosial şəbəkələr və texnologiya tələbələrin diqqətinə və dərsə marağına necə təsir edir? 23.03.2026 - 18:56
Rusiyada bu müəllİflərin kitablarına xüsusi etiket vurulacaq23.03.2026 - 18:55
Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar23.03.2026 - 18:51
Azərbaycanda ən dəqiq vaxt buradadır23.03.2026 - 18:50
Sabah hava necə olacaq?23.03.2026 - 18:46
Leyla Əliyevanın himayəsi ilə “FotoBax” adlı milli foto-müsabiqəyə start verilir23.03.2026 - 18:45
Uzun mətnlər yazanlarda bu xəstəlik ola bilər23.03.2026 - 18:41
Bu ölkədə “ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 18:40
Ştutqartdakı Azərbaycan Evində Novruz şənliyi23.03.2026 - 18:36
Yatmazdan əvvəl idman zərərlidir23.03.2026 - 18:35
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar23.03.2026 - 18:31
Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma23.03.2026 - 18:30
İranlılardan alınan 550 saat23.03.2026 - 18:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq23.03.2026 - 18:23
Dünyanın ən xoşbəxt ölkələri23.03.2026 - 18:20
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ23.03.2026 - 18:18
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU-da23.03.2026 - 18:14
Süni intellekt zəlzələsi – İlin əvvəlindən bu yana 45000 nəfər işsiz qaldı23.03.2026 - 18:10
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub23.03.2026 - 18:08
3 günün geomaqnit PROQNOZU23.03.2026 - 18:04
Rəqəmsal qocalma - smartfon və kompüterlər dərinin vəziyyətinə necə təsir edir?23.03.2026 - 18:00
Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verilir23.03.2026 - 17:55
Vəfat edən gənc GDU-nun məzunu olub23.03.2026 - 17:52
Putin azərbaycanlı alimi təltif edib23.03.2026 - 17:48
“ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 17:45
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir23.03.2026 - 17:44
5 dəqiqəlik yuxunun sağlamlığa faydası23.03.2026 - 17:41
Zehni fəaliyyət bu xəstəliyi ləngidir23.03.2026 - 17:40
Kərə yağı xərçəngdən ölüm riskini artırır23.03.2026 - 17:38
Nobelçi alim vəfat edib23.03.2026 - 17:38
Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb23.03.2026 - 17:35
Müharibəyə rəğmən Kiyevdə Novruz coşqusu yaşanıb23.03.2026 - 17:34
Novruz adət-ənənələrinə xüsusi ehtiram23.03.2026 - 17:30