Təhsil 365 - Logo Mobile

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

9415.03.2026 - 16:40
Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir.

“Tehsil365” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "oyun pozğunluğu”nu alkoqol və qumar kimi asılılıq yaradan davranış kimi təsnif edir. Deputat Ceyhun Məmmədovun "Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik” fikirləri də bu narahatlıqdan qaynaqlanır: "Ağıllı telefonlar”ın, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.

Ekspertlər hesab edir ki, əks halda bu cür halların sayı daha da artacaq, xoşagəlməz proseslərin qarşısını almaq daha da çətinləşəcək. Amma "qadağa” yeganə çıxış yolu da deyil.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, bu məsələ həqiqətən çox aktualdır və valideynləri də, müəllimləri də ciddi şəkildə narahat edir: "Çünki internet oyunları təkcə əyləncə deyil, eyni zamanda uşağın psixologiyasına, davranışına və gündəlik həyat tərzinə birbaşa təsir edən bir mühitdir. Bəzi oyunlar aqressiyanı artırır, asılılıq yaradır, sosial münasibətləri zəiflədir, dərs motivasiyasını azaldır və diqqəti dağınıq edir”. İŞ üzvü bildirir ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Məsələn, bəzi ölkələrdə yaş məhdudiyyətləri daha sərt tətbiq olunur, uşaqlar üçün zərərli məzmunlar filtrlənir, hətta müəyyən oyunların reklamı və ya istifadəsi məhdudlaşdırılır: "Çin kimi ölkələrdə uşaqların oyun oynama saatları qanunla tənzimlənib. Avropa ölkələrində isə daha çox "qadağa” deyil, "nəzarət və media savadlılığı” yanaşması üstünlük təşkil edir. Yəni uşağın texnologiyadan istifadəsi tam kəsilmir, amma düzgün istiqamətləndirilir”.

G.Əkbərovanın fikrincə, təkcə qadağa problemi həll etmir. Belə ki, uşaq maraqlandığı bir şeyi qadağan olunmuş kimi gördükdə, bəzən ona daha da çox meyl edir: "Ən düzgün yanaşma balanslı nəzarət, maarifləndirmə və alternativlər təqdim etməkdir. Əsas sual budur: uşağı zərərli oyundan uzaqlaşdırmaq üçün ona alternativ nə təklif edirik? Əgər uşaq boşluqda qalırsa, yenə eyni məzmunlara qayıdacaq. Ona görə də uşaqlara maraqlı, faydalı və cəlbedici alternativlər təqdim edilməlidir. Məncə, uşaqları texnologiyadan uzaqlaşdırmaqdansa, onlara texnologiya ilə düzgün yaşamağı öyrətmək lazımdır. Çünki gələcək artıq rəqəmsal dünyadır. Uşaqlarımızın zərərli axına düşməməsi üçün həm dövlət səviyyəsində tənzimləmə, həm məktəb səviyyəsində maarifləndirmə, həm də ailə səviyyəsində nəzarət mexanizmi birlikdə işləməlidir”.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev də hesab edir ki, bəzi oyunların qadağan olmasına ehtiyac var, amma yalnız bu yolla problem tam həll olunmayacaq: "Qadağanın müsbət tərəfləri odur ki, uşaqların zorakılıq, qumar, asılılıq yaradan mexanizmləri olan oyunlara çıxışı azalar, dərs vaxtı və gecə saatlarında asılılığın qarşısı qismən alına bilər. Amma mənfi tərəfləri və riskləri də mövcuddur. Uşaqlar VPN, alternativ platformalarla qadağanı aşa bilərlər. Təcrübə göstərir ki, adətən total qadağa "maraq effektini” artırır. Texniki olaraq hər oyunu effektiv bloklamaq çətindir. Eyni zamanda "zərərli oyun” anlayışı da subyektivdir”.

Mütəxəssis dünya təcrübəsindən nümunə gətirərək bildirir ki, Çində yaşı 18-dən aşağı olanlar üçün onlayn oyun saatları məhdudlaşdırılaraq həftədə üç saata endirilib. Cənubi Koreyada "Shutdown law” - gecə saatlarında oyun qadağası mövcuddur: "Ən yaxşı effekt yaş təsdiqi, vaxt limiti, valideyn nəzarəti birlikdə tətbiq olunanda görünür”.

B.Əliyevin fikrincə, məktəblərdə "Rəqəmsal gigiyena” dərsləri, oyun asılılığı mövzusu üzrə psixoloq sessiyaları, telefonun dərs zamanı istifadəsinə real nəzarət də effektiv ola bilər. Mütəxəssis hesab edir ki, alternativ yaratmadan qadağa tətbiq etmək doğru deyil: "Əgər uşağın əlindən oyunu alırsansa, yerinə nə verirsən” sualı çıxır. Misal üçün: idman dərnəkləri, robototexnika, proqramlaşdırma klubları, məktəbdənkənar fəaliyyətlərin artırılması… Qadağa var, amma alternativ yoxdursa, uşaq yenə gizli oynayacaq”.

ADPU-nun Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova hesab edir ki, internetdən istifadə uşaqların öyrənməsi baxımından müsbət haldır, amma çox istifadə ziyanlıdır: "Bəzən uşaqlar dərs adı ilə sosial şəbəkədə vaxt keçirirlər. Ailədə ata-ana telefondan, internetdən istifadə edirsə, uşaqlar da edəcək. Amma valideynlər uşaqları nəzarətdə saxlasalar, daha yaxşı olar”.

Psixoloq hesab edir ki, valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər: "Uşaqlara yay tapşırıqları verilməlidir. Əvvəllər yay tətilində kim çox kitab oxuyurdusa, ona hədiyyə verilirdi. Belə motivasiyaedici tədbirlər olmalıdır. Məktəblərdə sinifdənkənar tədbirlər təşkil olunmalıdır. Şəhərdə coffeebook-lar açılır. Onların ödənişini bir az azaldıb uşaqları cəlb etmək lazımdır. İndi uşaqlar boşluqları internetlə doldururlar. Valideynlər bu işdə müəllimlərə kömək etməlidir. Bu problemin həlli üçün ailə, məktəb və cəmiyyət bir yerdə işləməlidir

Fatimə Cəfərzadə

Xəbər Lenti

Bu həftə transfer və kadr dəyişiklikləri diqqət mərkəzində: idmançıdan televiziya ulduzuna qədər müxtəlif sahələrdən yeni təyinatlar16.03.2026 - 06:00
Nurəddin İbrahimov – Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsinin igid döyüşçüsü16.03.2026 - 05:42
Bəhruz Mənsurov – Azərbaycanın Milli Qəhrəmanı və 1995-ci il mart hadisələrinin şəhidi16.03.2026 - 05:18
Rafael Dadaşov – Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi16.03.2026 - 05:06
Böyükağa Hacıyev – Azərbaycan futbolunun unudulmaz məşqçisi16.03.2026 - 04:54
Nadir Zeynalov – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi16.03.2026 - 04:36
Vaqif Mustafazadə – caz-muğamın banisi və Azərbaycan musiqisinin əfsanəsi16.03.2026 - 04:18
Zakir Cavad oğlu Bağırov – Azərbaycan musiqisinin görkəmli nümayəndəsi16.03.2026 - 04:00
Tədqiqatçılar xəbərdarlıq edir: uşaqlar üçün süni intellekt oyuncaqları emosiyaları səhv anlaya bilər15.03.2026 - 20:00
Azərbaycan və Liviya arasında diplomatik münasibətlərin qurulmasından illər ötür15.03.2026 - 20:00
Meteohəssas insanları nə gözləyir?15.03.2026 - 19:55
Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir15.03.2026 - 19:45
Çin orbitə məsafədən zondlama peyki buraxıb15.03.2026 - 19:37
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 19:28
Bağça seçərkən valideynlər nələrə diqqət etməlidir?15.03.2026 - 19:20
Məktəbdə bullinq uşağın psixologiyasına hansı təsirləri göstərir?15.03.2026 - 19:12
Qaçış həvəskarları üçün vacib xəbərdarlıq15.03.2026 - 19:05
Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd15.03.2026 - 18:58
Martın 16-sı ilə bağlı XƏBƏRDARLIQ15.03.2026 - 18:55
Müdafiə Nazirliyi ötən həftənin icmalını təqdim edib15.03.2026 - 18:54
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə15.03.2026 - 18:48
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib15.03.2026 - 18:45
Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT15.03.2026 - 18:44
Sabah yağış yağacaq15.03.2026 - 18:39
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb15.03.2026 - 18:35
Kəlbəcərdə ilk dəfə buraxılış imtahanı keçirilir15.03.2026 - 18:34
Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda15.03.2026 - 18:28
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 18:25
4 nəfər imtahandan XARİC EDİLİB15.03.2026 - 18:24
İmtahanının cavabları bu tarixdə AÇIQLANACAQ 15.03.2026 - 18:18
Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi15.03.2026 - 18:15
Dövlət qulluğu üzrə test imtahanı keçirilir15.03.2026 - 18:14
Dağlıq Şirvan üzrə “Ən yaxşı təqdimat müsabiqəsi”nin qalibləri15.03.2026 - 18:08
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq15.03.2026 - 18:04
Baş onkoloq həyəcan təbili çaldı15.03.2026 - 18:00
Qarabağ regionu üzrə məntiq olimpiadası və fənn müsabiqəsində 2166 şagird iştirak edib15.03.2026 - 18:00
Qəbələ məktəblisi köklənməyən pianoda ifası ilə hamını heyrətləndirdi15.03.2026 - 17:58
ABŞ-ın Vitse-prezidenti Dr. Pərvin Əkbərovu təltif etdi15.03.2026 - 17:55
Buraxılış imtahanı işğaldan azad olunan ərazilərdə ümumilikdə 6 binada təşkil edilib15.03.2026 - 17:52
Süni intellekt Misir piramidalarının necə yarandığını ortaya çıxardı - Onları kim tikib?15.03.2026 - 17:50
Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb15.03.2026 - 17:48
Qəhvə qan təzyiqinə görün necə təsir edir15.03.2026 - 17:45
Şimal-qərb bölgəsinin məktəbliləri məntiq olimpiadası və fənn müsabiqələrində biliklərini sınayıblar15.03.2026 - 17:44
Gənclər danışır, biz dinləyirik: Parçalanma əvəzinə həmrəyliyə, müharibə əvəzinə sülhə nail olmalıyıq15.03.2026 - 17:38
Bakıda ilk dəfə olaraq Türkmənistanın əfsanəvi "Qalkınış" atçılıq şousu keçirilib15.03.2026 - 17:35
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb15.03.2026 - 17:32
Pişiklər bizim görmədiyimiz nəyi görür?15.03.2026 - 17:30
Gözlərdə bulanıqlaşma nədən xəbər verir?15.03.2026 - 17:25