“Sinifdə intizamın qorunması şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün vacib amillərdən biridir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında müəllim,pedaqoq Validə Quliyeva bildirib.
Müəllim qeyd edib ki, dərs zamanı sakit və nizamlı mühit olduqda şagirdlər mövzulara daha yaxşı diqqət yetirə bilirlər. Onun sözlərinə görə, sinifdə intizam pozulduqda isə dərs prosesinin effektivliyi azalır.
“Şagirdlər qaydalara əməl etdikdə dərs daha səmərəli keçir və müəllim mövzunu daha aydın şəkildə izah edə bilir,” — deyə Validə Quliyeva vurğulayıb.
O əlavə edib ki, intizamın formalaşmasında həm müəllimlərin, həm də valideynlərin rolu böyükdür.
“Uşaqlara məktəbdə davranış qaydalarını izah etmək və onları məsuliyyətli olmağa təşviq etmək çox vacibdir,” — deyə müəllim qeyd edib.
Validə Quliyevanın sözlərinə görə, sağlam və nizamlı sinif mühiti şagirdlərin həm təhsil nəticələrinə, həm də ümumi inkişafına müsbət təsir göstərir.

