Təhsil 365 - Logo Mobile

ADA Universitetinin Gəncə şəhərində həyata keçirdiyi layihənin növbəti mərhələsinə başlanılıb

10416.03.2026 - 13:50
ADA Universitetinin Gəncə şəhərində həyata keçirdiyi layihənin növbəti mərhələsinə başlanılıb

Gəncə şəhərində “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsinin növbəti mərhələsinin rəsmi açılış tədbiri keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, layihə ADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondunun və “PAŞA Holdinq”in maliyyə dəstəyi, həmçinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin tərəfdaşlığı ilə 2025-ci ilin iyun ayından etibarən Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan gənclər üçün həyata keçirilir. Təlim proqramının əsas məqsədi gənclərdə analitik düşüncə, problem həlletmə, alqoritmik yanaşma və texnoloji həllərin hazırlanması bacarıqlarını inkişaf etdirmək, onları müasir əmək bazarının tələblərinə daha hazırlıqlı etməkdir.

Tədbirin açılışında ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, müasir və keyfiyyətli təhsili daha geniş auditoriya üçün əlçatan etmək məqsədilə ADA Universiteti regionlarda fəaliyyətini genişləndirir, gənclərin innovasiya, yaradıcılıq və liderlik bacarıqlarının inkişafı üçün yeni imkanlar yaradır.

Layihə çərçivəsində təlimlər “Backend” proqramlaşdırmanın əsasları, Data elmi və süni intellektin əsasları, həmçinin “AI4Art” - incəsənətdə süni intellekt tətbiqləri istiqamətləri üzrə həyata keçirilir. Dərslər ADA Universitetinin müəllimləri tərəfindən tədris olunur. Fevralın 14-dən etibarən başlayan təlimlər Gəncə şəhərində dörd ay müddətində intensiv və hibrid formatda təşkil edilir. Proqram çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar və tətbiqi məşğələlər vasitəsilə əldə etdikləri bilikləri real layihələr üzərində tətbiq etmək imkanı qazanırlar. Bu proses gənclərin əmək bazarına uyğun texniki bacarıqlar əldə etməsinə şərait yaradır. Təlim müddətində iştirakçıların ünsiyyət, komanda işi, təqdimat və vaxtın idarə olunması kimi bacarıqlarının inkişafı üçün əlavə seminar və praktiki məşğələlər də təşkil olunur. Proqramı uğurla başa vuran iştirakçılar üçün, həmçinin təcrübə və karyera imkanları yaradılır. Bu məqsədlə “SABAH Hub” tərəfindən layihə iştirakçıları üçün təcrübə proqramları təşkil edilir. Hazırda layihənin birinci mərhələsini tamamlamış gənclərdən bir neçəsi “SABAH Hub”da ödənişli təcrübə proqramında iştirak edir. Onlardan biri, Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi Sirac Əkbərov proqramın çox faydalı və praktik yönümlü olduğunu qeyd edib. Onun sözlərinə görə, proqram çərçivəsində təqdim olunan nəzəri biliklər və praktiki tapşırıqlar süni intellekt sahəsində anlayışını dərinləşdirib, müəllimlərin mentorluğu və real layihələr üzərində işləmək imkanı isə öyrəndiklərini praktikada tətbiq etməyə şərait yaradıb.

Layihə, həmçinin karyeraya hazırlıq istiqamətində “McKinsey” şirkəti tərəfindən həyata keçirilən “Parlaq İnkişafa Körpü” təşəbbüsü ilə də dəstəklənir. Bu təşəbbüs çərçivəsində ötən il layihədə iştirak etmiş gənclər arasından seçilmiş dörd nəfər peşəkar mentorlarla əlaqələndirilərək onlar üçün fərdi mentorluq proqramı təşkil olunub. Mentorluq prosesi zamanı iştirakçılara karyera planlaması, peşəkar inkişaf və ixtisaslaşma istiqamətində məqsədyönlü tövsiyələr təqdim edilib.

Qeyd edək ki, “Yaradıcılıq, innovasiya və sahibkarlıq” layihəsi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADA Universitetinin hazırlanmaqda olan 2025-2030-cu illəri əhatə edən Strateji Planına uyğun olaraq regionlarda müasir təhsilə çıxış imkanlarının genişləndirilməsinə, yaradıcı və innovativ gənclərin yetişdirilməsinə xidmət edir.

Zəhra Əliyeva

Xəbər Lenti

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği16.03.2026 - 19:55
​​Aprelin 5-də imtahan keçiriləcək16.03.2026 - 19:48
Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı16.03.2026 - 19:00
DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb16.03.2026 - 18:58
Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib16.03.2026 - 18:54
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq16.03.2026 - 18:50
Məktəblərdə neçə gün dərs olmayacaq?16.03.2026 - 18:48
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib16.03.2026 - 18:44
Məktəblərdə 11 gün dərs olmayacaq16.03.2026 - 18:40
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək16.03.2026 - 18:38
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib16.03.2026 - 18:38
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb16.03.2026 - 18:34
Ali məktəblərə qəbul imtahanının II cəhdi- Bu tarixdə olacaq16.03.2026 - 18:30
Bakıda duman müşahidə olunub16.03.2026 - 18:28
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub16.03.2026 - 18:24
Psixoloq Mətanət Əliyeva: İş və şəxsi həyat balansının pozulması psixoloji problemlərə səbəb olur16.03.2026 - 18:20
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT16.03.2026 - 18:17
Külək güclənəcək - XƏBƏRDARLIQ16.03.2026 - 18:14
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 18:10
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır16.03.2026 - 18:07
Qazax məktəblisi Azərbaycan çempionu oldu16.03.2026 - 18:02
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Seyidov Əliyə həsr olunacaq16.03.2026 - 18:00
MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər16.03.2026 - 18:00
Kənd məktəbindən olimpiada finalına yüksəldilər16.03.2026 - 17:55
Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi16.03.2026 - 17:53
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib16.03.2026 - 17:52
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 17:46
STEAM'ool olimpiadasına qeydiyyat başladı16.03.2026 - 17:45
Azərbaycan xalçalarının “ikinci həyatı”16.03.2026 - 17:44
Gələn ildən imtahanların hamısı bir gündə keçirələcək ?16.03.2026 - 17:43
Dünyaşöhrətli azərbaycanlı cazmen16.03.2026 - 17:38
Virciniyada Azərbaycan dili təqaüd proqramının məzunlarına sertifikatlar verilib16.03.2026 - 17:35
Bəşəri ideallar şairi Xaqani Şirvani16.03.2026 - 17:34
Çin “Nvidia” və TSMC çiplərinə alternativ yaradır16.03.2026 - 17:33
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb16.03.2026 - 17:28
“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib16.03.2026 - 17:25
Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti16.03.2026 - 17:24
“Tibbi təhsil və fəaliyyət – Adil Qeybullanın baxışı”16.03.2026 - 17:23
BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı16.03.2026 - 17:18
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb16.03.2026 - 17:15
“Akademik yazıya müasir baxış” - təlim16.03.2026 - 17:14