Bu gün xarici tələbə üçün universitetin nüfuzu sadəcə reklamla deyil, QS və “Times Higher Education” kimi beynəlxalq reytinqlərdəki mövqeyi ilə ölçülür. Reytinqlər tələbənin seçim qərarına birbaşa təsir edən keyfiyyət amilidir. İlk 1000-likdə yer alan universitetlərin diplomlarının beynəlxalq səviyyədə tanınması daha asan olduğu üçün ali məktəblərimizin bu siyahılarda irəliləməsi ölkəyə gələn tələbə axınını və təhsil sektoruna daxil olan valyuta həcmini birbaşa artırır.
Bu fikirləri “Tehsil365”ə müsahibəsində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, yaxın beş il ərzində əcnəbi tələbə axınını stimullaşdırmaq üçün dövlət və universitetlər koordinasiyalı şəkildə hərəkət etməlidir.

