“Hazırda qəbul prosesi peşəyə görə deyil, qruplara görə həyata keçirilir. Məsələn, hüquqşünas, tarixçi, kimya və biologiya müəllimi, həkim olmaq istəyən şagirdlər bir qrupda toplandığı üçün hər bir peşəyə fərdi yanaşmaq çətinləşir”
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
“Ümumtəhsil məktəblərində peşəyə hazırlıq pilot layihə şəklində başlayıb və 50-yə yaxın məktəb bu layihəyə qoşulub. Bu məktəblərdə şagirdlər artıq indidən gələcək peşələrinə uyğun istiqamətləndirilən siniflərdə təhsil alırlar. Lakin əksər şagirdlər hələ uzun bir hazırlıq yolundan keçməli, ali təhsil və növbəti pillələrdə uğur qazanmalıdırlar.”
Təhsil eksperti bildirib ki, “Hazırda Azərbaycanda mümbit şərait yoxdur və şagirdlərin istədikləri ixtisasa yönəlməsi tam təmin edilmir. Qəbul sistemi qrup əsaslı olduğu üçün gələcəkdə şagirdin arzuladığı peşəyə çatması yalnız sonrakı mərhələlərdə mümkün olur”.

