Təhsil 365 - Logo Mobile

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

7216.03.2026 - 17:52
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

“Tehsil365" xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

Iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı16.03.2026 - 19:00
DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb16.03.2026 - 18:58
Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib16.03.2026 - 18:54
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq16.03.2026 - 18:50
Məktəblərdə neçə gün dərs olmayacaq?16.03.2026 - 18:48
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib16.03.2026 - 18:44
Məktəblərdə 11 gün dərs olmayacaq16.03.2026 - 18:40
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib16.03.2026 - 18:38
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək16.03.2026 - 18:38
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb16.03.2026 - 18:34
Ali məktəblərə qəbul imtahanının II cəhdi- Bu tarixdə olacaq16.03.2026 - 18:30
Bakıda duman müşahidə olunub16.03.2026 - 18:28
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub16.03.2026 - 18:24
Psixoloq Mətanət Əliyeva: İş və şəxsi həyat balansının pozulması psixoloji problemlərə səbəb olur16.03.2026 - 18:20
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT16.03.2026 - 18:17
Külək güclənəcək - XƏBƏRDARLIQ16.03.2026 - 18:14
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 18:10
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır16.03.2026 - 18:07
Qazax məktəblisi Azərbaycan çempionu oldu16.03.2026 - 18:02
MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər16.03.2026 - 18:00
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Seyidov Əliyə həsr olunacaq16.03.2026 - 18:00
Kənd məktəbindən olimpiada finalına yüksəldilər16.03.2026 - 17:55
Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi16.03.2026 - 17:53
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 17:46
STEAM'ool olimpiadasına qeydiyyat başladı16.03.2026 - 17:45
Azərbaycan xalçalarının “ikinci həyatı”16.03.2026 - 17:44
Gələn ildən imtahanların hamısı bir gündə keçirələcək ?16.03.2026 - 17:43
Dünyaşöhrətli azərbaycanlı cazmen16.03.2026 - 17:38
Virciniyada Azərbaycan dili təqaüd proqramının məzunlarına sertifikatlar verilib16.03.2026 - 17:35
Bəşəri ideallar şairi Xaqani Şirvani16.03.2026 - 17:34
Çin “Nvidia” və TSMC çiplərinə alternativ yaradır16.03.2026 - 17:33
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb16.03.2026 - 17:28
“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib16.03.2026 - 17:25
Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti16.03.2026 - 17:24
“Tibbi təhsil və fəaliyyət – Adil Qeybullanın baxışı”16.03.2026 - 17:23
BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı16.03.2026 - 17:18
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb16.03.2026 - 17:15
“Akademik yazıya müasir baxış” - təlim16.03.2026 - 17:14
Ramin Nurəliyev: Azərbaycanda informatika müəllimlərinə ciddi ehtiyac var16.03.2026 - 17:13
Polşalı alimlər Şərqşünaslıq İnstitutunun tədqiqatları barədə məlumatlandırılıb16.03.2026 - 17:08