Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd) 24 may və 7 iyunda keçiriləcək.
"Tehsil365" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.
Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-si keçiriləcək.
Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq

